Dağıstanla sərhəddə sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Azərbaycan üçün də təhlükə
Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dağıstanın Azərbaycanla sərhəddə yerləşən Məhərrəmkənd rayonunda içməli sudan kütləvi zəhərlənmə olub.
Sudan dezinteriya olanların sayının 372-yə çatdığı, onlardan 357-sinin uşaq olduğu bildirilib.
Qeyd olunub ki, artıq 23 uşaq ambulator müalicə üçün xəstəxanadan buraxılıb. 97 nəfər xəstəxanada qalır.
Dağıstan Respublikasının İstintaq Komitəsi Mahərrəmkənd rayonu bələdiyyə mənzil-kommunal təsərrüfatı müəssisəsinin direktorunun saxlanıldığını açıqlayıb. O, təhlükəli xidmət göstərməkdə şübhəli bilinir. (APA)

