Dollarla bağlı mühüm xəbər: Son 50 ildə ilk dəfə…
News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Goldman Saks Group” analitikləri hesab edir ki, dollar yenidən riskli valyutaya çevrilə bilər.
News24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
İnvestisiya bankının analitikləri Amerika valyutasının yenidən daha riskli aktivə çevriləcəyi ilə bağlı bir sıra səbəblər açıqlayırlar.
ABŞ prezidenti Donald Trampın ticarət müharibəsi ilə bağlı təhdidləri nəticəsində dolların bu il kəskin ucuzlaşması, onun “təhlükəsiz sığınacaq aktivi” statusunu itirməsinə zəmin yarada bilər. Belə ki, qısa müddətdə valyuta qeyri-sabit qala bilər.
Ekspertlərin fikrincə, 2025-ci ilin “parlaq” tendensiyalarından biri də dolların ABŞ səhmləri ilə bərabər ucuzlaşma olub. Belə dinamika əvvəlki 10 illə müqayisədə iki dəfədən çox müşahidə edilib.
Trampın İyunun 26-da ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri postuna bir neçə namizədinin olduğunu deməsindən sonra dollar 2022-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.
Dollar indeksi ilin birinci yarısında 10%-dən çox itirib. “Financial Times” yazır ki, bu, Amerika valyutasının 1973-cü ildən bəri ən pis göstəricisidir. Amerika valyutasının məzənnəsinin dinamikası da 2009-cu ildən bəri ardıcıl altı ay ərzində ən zəif göstəriciyə çevrilib. Nəşr həmçinin qeyd edib ki, Amerika valyutasının zəifləməsinin səbəbləri ABŞ prezidenti Donald Trampın yürütdüyü ticari və iqtisadi siyasətdir.

