Dövlət əmlakı olan 18 nəqliyyat vasitəsi hərracda satılıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 6 may, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 18 nəqliyyat vasitəsi satılıb.
AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 103 sifariş qəbul edilib. Bunlardan 33-ü onlayn qaydada həyata keçirilib.
Rəqabətli keçən hərracda start qiyməti 4 500 manat olan “Nissan Maxima” markalı avtomobil 8 200 manata, 7 800 manat olan lot üzrə 2 nəqliyyat vasitəsi 13 min 300 manata satılıb.
Cari ay ərzində növbəti hərraclar mayın 13, 20 və 27-də keçiriləcək.

Budəfəki hərracda dövlət əmlakı olan 68 nəqliyyat vasitəsi satılıb
13 May 2025 18:21
Budəfəki hərracda dövlət əmlakı olan 11 nəqliyyat vasitəsi satılıb
26 Noyabr 2024 23:21
Bugünkü hərracda daha 32 dövlət əmlakı olan nəqliyyat vasitəsi satılıb
08 Aprel 2025 17:51
Budəfəki hərracda dövlət əmlakı olan 11 nəqliyyat vasitəsi satılıb AZƏRTAC
26 Noyabr 2024 18:55
Budəfəki hərracda dövlət əmlakı olan 11 nəqliyyat vasitəsi SATILDI
27 Noyabr 2024 04:52

