“E sosial” vasitəsilə 23 mindən çox əmək müqaviləsi imzalanıb
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” portalının mobil tətbiqi vasitəsilə e-qaydada 23,2 min əmək müqaviləsi imzalanıb.
Bu barədə Bakıvaxtı.az-a Nazirlikdən məlumat verilib.
Bildirilib ki, işəgötürən tərəfindən təsdiq üçün təqdim edilən əmək müqaviləsi vətəndaşın “e-Sosial” mobil tətbiqində əsas ekranın “Əmək müqaviləsinin imzalanması” bölməsində əks olunur.
Vətəndaşlar bu müqavilələri elektron şəkildə (“SİMA” rəqəmsal imza və ya “ASAN İmza” vasitəsilə) imzalaya bilirlər.
Qeyd edək ki, bu mobil tətbiqə cari ilin mart ayında əmək müqavilələrinin e-qaydada imzalanmasına imkan verən funksiya əlavə olunub.

“E sosial” mobil tətbiqi vasitəsilə e qaydada artıq 49 min əmək müqaviləsi imzalanıb
12 İyul 2025 14:46
“E sosial” mobil tətbiqi vasitəsilə elektron qaydada 14,2 min əmək müqaviləsi imzalanıb
07 May 2025 16:12
Nazirlik: Əmək müqavilələrini “e sosial” portalının mobil tətbiqi vasitəsilə imzalamaq mümkündür
18 Aprel 2025 16:50
Nə qədər əmək müqaviləsi imzalanıb?
11 İyun 2025 14:33
“E sosial” ilə imzalanan əmək müqavilələrinin sayı artır
24 May 2025 18:11

