Ədalət Partiyası qurultay tarixini açıqladı
Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ədalət Partiyasının qurultayının keçiriləcəyi tarix məlum olub.
Bu barədə APA-ya Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli bildirib.
Bu gün partiyanın Ali Məclisi qurultayın 17 may tarixində keçirilməsi barədə qərar verib. Qurultayda partiyanın yeni sədri seçiləcək, rəhbər orqanlar müəyyənləşəcək.
Qeyd edək ki, bu il fevralın 17-də Ədalət Partiyasının sədri İlyas İsmayılov 87 yaşında vəfat edib.
Paylaş

Ədalət Partiyası bu tarixdə qurultay keçirəcək
19 Aprel 2025 17:32
Ədalət Partiyası qərar verdi
19 Aprel 2025 19:39
Ədalət Partiyası qurultay keçirir: siyasi partiyaların təmsilçiləri də iştirak edirlər
17 May 2025 14:28
Ədalət Partiyası yeni sədr seçməyə hazırlaşır
01 Aprel 2025 15:08

