Fənər in sabiq müdafiəçisi Türkiyəyə qayıtdı
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
''Kasımpaşa'' iki yeni transferi açıqlayıb. İstanbul təmsilçisi ''Adana Dəmirspor''dan gənc forvard Yusuf Barasini, eləcə də ''Fənərbaxça''dakı çıxışı ilə türkiyəli futbolsevərlərə gözəl tanış olan Attila Salaini heyətinə qatıb.
Yusuf daimi əsasda transfer edilibsə, macarıstanlı müdafiəçi birillik icarəyə götürülüb.
Salainin Türkiyədən ayrıldıqdan sonra karyerasında inanılmaz bir eniş yaşaması diqqət çəkir. ''Fənərbaxça'' 27 yaşlı oyunçunu 2021-ci ildə Kipr təmsilçisi ''Apollon''dan 3,86 milyon avroya transfer etmişdi. Qısa müddətdə İstanbul nəhənginin vazkeçilməz isimlərindən birinə çevrilən Salai Avropa nəhənglərinin, konkret desək ''Çelsi''nin də hədəfinə düşmüşdü. ''Böyük beşlik''də oynamaq istəyən Salai 2023-cü ildə arzusuna çataraq 12,3 milyon avroya ''Hoffenhaym''a transfer oldu. Amma o, yəqin ki, indi bu transferə görə peşmandı.
Salai bundesliqanın iddialı olmayan klubunda nəinki start heyətinə düşməkdə, hətta oynamaq şansı qazanmaqda belə çətinlik çəkdi. Tədricən Macarıstan yığmasında da mövqeyini itirən mərkəz müdafiəçisinin icarə əsasında şərəfini qoruduğu ''Frayburq'' və ''Standard'' macəraları da uğursuz alındı. Yəni iki il ərzində onun dəyəri 12 milyon avrodan 1,7 milyon avroya qədər geriledi!
İndi Salai yenidən Türkiyədə özünü göstərməyə çalışacaq.


