Gəncədə yeni otel tikilir
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Gəncə Qalası” Ticarət Kompleksinin nəzdində “International” oteli inşa olunur. Hotel 70 otaq, 200 çarpayı, eləcə də 1000 kvadratmetr sahəyə malik konfrans zalı və müasir yeməkxana ilə təchiz olunacaq.Tikinti işlərinin sentyabr ayında başa çatdırılması və otelin istifadəyə verilməsi nəzərdə tutulur. Burada 20 nəfərin daimi işlə təmin olunması planlaşdırılır.
Qeyd edək ki, görülən işlər Gəncənin turizm və xidmət sektorunun inkişafına mühüm töhfə verməklə yanaşı, yeni iş yerlərinin yaradılmasına da şərait yaradır.
Obyektdə olarkən şəhər icra hakimiyyətinin məsul işçilərinə məlumat verilib ki, Üçüncü MDB oyunlarına kimi obyektin istfadəyə verilməsi üçün bütün qüvvələr səfərbərliyə alınıb.

