Icma.az
close
up
RU
Generalın apellyasiya şikayəti üzrə məhkəmə başladı

Generalın apellyasiya şikayəti üzrə məhkəmə başladı

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müdafiə Nazirliyində (MN) 143 milyon manatlıq mənimsəmə faktına görə təqsirləndirilən
Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin apellyasiya  şikayəti üzrə məhkəmə başlayıb

"Unikal"ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən 4 şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Qeyd edək ki, hazırlıq iclasında təqsirləndirilən Cəlal Kazımovun anket məlumatları dəqiqləşdirilən zaman o, boşandığını və subay olduğunu qeyd edib.

İş üzrə onun keçmiş həyat yoldaşı və övladları məhkəməyə müraciət edərək maraqlı şəxs qismində iştirak ediblər. Onlar özlərinə məxsus əmlakların həbsdən azad olunmasını istəyiblər.

Təqsirləndirilən Vüsal Əlizadə öz vəkilindən imtina etdiyini bildirib və dövlət hesabına vəkillə təmin olunmasını istəyib.

Cəlal Kazımov isə ümumilikdə vəkildən imtina etdiyini deyib və onun hüquqlarını hansısa vəkilin müdafiə etməsini istəməyib.

Ona izah olunub ki, vəkili olmadan proses davam etdirilə bilməz.

Məhkəmə prosesi təxirə salınıb. Bildirilib ki, Cəlal Kazımov və Vüsal Əlizadə dövlət hesabına vəkillə təmin olunacaq. Daha sonra məhkəmənin ilkin baxış prosesi davam etdiriləcək.

Proses fevralın 17-də davam edəcək.

Qeyd edək ki,  Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən Nizami Məmmədov 11 il 6 ay, Cəlal Kazımov 11 il, Bayram Bayramov 11 il 6 ay, Vüsal Əlizadə isə 10 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyandan təxminən 40 milyon manatı ödənilib. Eyni zamanda təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edilib.

Hazırda vurulmuş ziyanı ödəməkdən yayınan digər təqsirləndirilən şəxslər barədə işlərə ayrıca icraatlarda baxılır.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Seymur Əli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 Fevral 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

12 İyul 2025 00:04see196

Trampın Rusiya siyasəti: ABŞ lideri göyərçindən şahinə çevriləcəkmi? KİV

11 İyul 2025 16:15see167

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

12 İyul 2025 13:18see167

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

11 İyul 2025 21:36see138

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

12 İyul 2025 00:41see132

Rusiya Fransa üçün əsas təhdiddir

11 İyul 2025 16:49see128

Adam söyüş söyür... Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da...

11 İyul 2025 16:13see127

Sosial yardım məbləğində artımlar olacaq? Deputatdan AÇIQLAMA

11 İyul 2025 13:44see127

Dağıstanla sərhəddə sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Azərbaycan üçün də təhlükə

11 İyul 2025 17:49see125

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

12 İyul 2025 05:55see125

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

12 İyul 2025 05:12see125

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

12 İyul 2025 16:20see120

“Altun” dövrü bitdi, Türkiyədə jurnalistlər sevinir

11 İyul 2025 10:10see120

Bu universitetin prorektoru vəzifəsindən azad olunub

11 İyul 2025 16:32see117

PKK terrorçuları silahları bu gün TƏHVİL VERİR

11 İyul 2025 09:15see114

XİN: BMMT nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

11 İyul 2025 16:33see113

“Eşref” və “Demir” eyni layihədə

12 İyul 2025 01:16see112

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

12 İyul 2025 22:14see111

Milli Çinə rəqib oldu

13 İyul 2025 01:24see111

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

13 İyul 2025 01:19see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri