Icma.az
close
up
RU
Keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın səfəri Azərbaycan Suriya əməkdaşlığının güclənməsinə xidmət edəcək ŞƏRH

Keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın səfəri Azərbaycan Suriya əməkdaşlığının güclənməsinə xidmət edəcək ŞƏRH

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 13 iyul, AZƏRTAC

Müasir dövrdə Azərbaycanla Suriya arasında münasibətlər inkişaf edir. Bəşər Əsəd rejiminin devrilməsindən sonra qardaş Türkiyənin Suriya ərazisində maraqlarının təmin olunması Azərbaycan üçün də geniş imkanlar formalaşdırdı. Azərbaycan Yaxın Şərq regionunda postmüharibə reallıqlarında fəal diplomatik fəaliyyət icra etməkdədir. Bu da siyasi, iqtisadi, humanitar, mədəni, enerji, nəqliyyat baxımından müstəsna əhəmiyyətə malikdir. Digər tərəfdən qeyd etmək lazımdır ki, Suriyada yeni keçid hökuməti formalaşandan sonra Azərbaycan nümayəndə heyəti Suriyada səfərdə olub. Bundan əlavə, Antalya diplomatik forumu çərçivəsində də liderlər arasında görüş keçirildi. Bu da çox yaxşı əməkdaşlıq formatları üçün üfüqlər yaratmaqdadır.

Bunu AZƏRTAC-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, Azərbaycan Suriya ilə əməkdaşlıq çərçivəsində həm də karbohidrogen ehtiyatlarını Yaxın Şərq hövzəsinə çıxara bilər. Burada İraq, Türkiyə, Suriya potensial alıcılar arasındadır və bir sıra uğurlu layihələr də artıq istifadəyə verilib. "Cənub Qaz Dəhlizinin geniş perspektivləri var deyəndə Azərbaycanın enerji resurslarının şaxələndirildiyi, diversifikisasiya olunduğu və onun alıcılarının sayının getdikcə artdığı nəzərdə tutulurdu. Digər mühüm məqam kimi qeyd edə bilərik ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra həmin ərazilərdə geniş bərpa-quruculuq icra edərək təcrübə qazanıb. Həmin təcrübəni Suriyada da tətbiq etmək olar. Azərbaycanın tikinti, memarlıq və dizayn istiqamətində ixtisaslaşmış şirkətləri Suriyanın yenidən qurulmasında və inkişafında töhfə verə bilərlər. Həmin istiqamətdə Azərbaycanın geniş təcrübəsi də paylaşıla bilər.

Hesab edirəm ki, Əhməd Əl Şaraanın səfəri həm də Azərbaycan-Suriya əməkdaşlığının güclənməsinə xidmət edəcək. Çünki Azərbaycan fəal siyasi aktor kimi müasir beynəlxalq münasibətlər sistemində öz nüfuzunu bir qədər də genişləndirir. Eyni zamanda, Suriya-İsrail, Türkiyə-İsrail münasibətlərinin Suriya kontekstində yaxınlaşmasında da Azərbaycan vasitəçiliyini və bütün diplomatik resurslarını səfərbər edib. Bu da ölkəmizin artan nüfuzundan genişlənən maraqlarından və gücündən xəbər verir", - deyə İ.Hüseynov qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyul 2025 08:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri