Icma.az
close
up
RU
Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...

Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Türkiyə ilə Ermənistan arasında sonuncu və hələ də qüvvədə olan hüquqi çərçivə 1921-ci ildə imzalanmış Qars müqaviləsidir. Bu sənədin əsas məqsədi o dövr üçün Türkiyə ilə Ermənistan SSR arasında sərhədlərin müəyyənləşdirilməsi idi. Ancaq həmin dövrdən bu günə qədər 100 ildən çox vaxt keçib – imperiyalar süqut edib, qütblər dəyişib, amma Türkiyə ilə Ermənistan arasında real diplomatik münasibətlər və ya hər hansı yeni hüquqi sənəd imzalanmayıb.

Axar.az xəbər verir ki, bu sözləri VHP sədrinin müavini Samir Əsədli deyib.

“Halbuki bölgədə davamlı və dayanıqlı sülhün təmin olunması təkcə Azərbaycan-Ermənistan arasında aparılan sülh prosesindən deyil, eyni zamanda Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından da keçir. Ermənistanın Türkiyə ilə münasibətləri bərpa etməsi bu ölkənin Cənubi Qafqazda təcrid vəziyyətindən çıxmasına, eyni zamanda, rus təsirindən bir qədər uzaqlaşmasına şərait yarada bilər. Bu, həm də regionda sabitlik üçün yeni platformaların açılmasına imkan verər.

Təbii ki, Ermənistanın tarixən sərgilədiyi qeyri-sabit və qeyri-səmimi qonşuluq siyasəti hələ də ciddi narahatlıq doğurur. Bu ölkə bir çox hallarda ona etimad göstərmiş qonşularına qarşı xəyanətkar davranışlar sərgiləyib – bunun acı nümunəsini Azərbaycan xalqı 30 illik işğal dövründə yaşayıb. Ona görə də Türkiyə ilə münasibətlərin normallaşması ancaq şərti əsaslarla, açıq və şəffaf öhdəliklər üzərində qurulmalıdır.

Əgər Ermənistan Qərbə inteqrasiyanı və demokratik transformasiyanı hədəfləyirsə, Türkiyə ilə strateji əməkdaşlıq və təhlükəsizlik sahəsində yeni bir müqavilənin imzalanması bu ölkə üçün bir “yeni nəfəs” ola bilər. Lakin bu, qarşılıqlı etimad, tarixi məsuliyyət və regional sabitliyə real töhfə vermək istəyi üzərində qurulmalıdır”, - o vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 İyul 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri