Icma.az
close
up
RU
Gömrük Postunda gecə saatlarına qədər işdə saxlayırlar

Gömrük Postunda gecə saatlarına qədər işdə saxlayırlar

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları arasında növbəti narazılıq yaranıb.

Hurriyyet.az xəbər verir ki, Bakı Baş Gömrük İdarəsinin, Abşeron, Xocasən, İpək-Yolu və digər gömrük postlarının əməkdaşları iş vaxtından əlavə xidmətə çağrılmalarından, istirahətin verilməməsi və digər məsələlərdən şikayətçidirlər.

Narazı əməkdaşlar bildirirlər ki, iş saatı 18.00-da bitməli olsa da, yüklərin qəbulu və yerləşdirilməsi, müayinəsi gecə saat 01:00-02:00-a qədər davam edir: “Bu kimi hallar artıq 1 ilə yaxındır ki, davam edir. İşçilərin əmək hüquqlarının pozulması halları onların “WhatsApp” qruplarında və Bakı Baş Gömrük İdarəsinin sistemində açıq-aşkar görünür”.

Onlar bildirirlər ki, bu hallar İpək-Yolu Gömrük Postunda daha çox baş verir: “Gecə saat 02:00-da yüklərin daşınması və yerləşdirilməsi bitsə də, həmin saata qədər işləyən işçinin səhər 09:00-da yenidən işdə olması tələb edilir. Məsələ ondadır ki, əlavə iş saatlarına görə hər hansı ödəniş də verilmir”.

Hətta bu məsələlərlə bağlı bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant Şahin Bağırov tərəfindən Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanova tapşırıq verdiyi də bildirilir:

“Həmin tapşırıqdan sonra işçilər arasında növbəli sistem qurulsa da, bu da cəmi 2 həftə davam edib. Hazırda işçilər yenə də ağır rejimdə çalışırlar. Mart ayındakı qeyri-iş günlərində də analoji ağır iş rejimi davam edib”.

Qeyd edək ki, narazı əməkdaşlar işlərini itirməmək üçün adlarının çəkilməsini istəmirlər. Onlar məcburiyyətdən bu ağır rejimə dözürlər və məsələnin həll edilməsi üçün DGK sədri Şahin Bağırovdan kömək istəyirlər.

Tribunainfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Aprel 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

12 İyul 2025 00:04see214

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

12 İyul 2025 13:18see178

Naməlum obyekt Saturna çırpılır...

12 İyul 2025 21:16see165

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

11 İyul 2025 21:36see142

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

12 İyul 2025 00:41see136

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

12 İyul 2025 05:55see127

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

12 İyul 2025 05:12see127

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

12 İyul 2025 16:20see122

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

12 İyul 2025 22:14see115

Əbu Dabi görüşündən sonra Moskva hansı planları qurur? “Hətta bu prosesə start verilib...”

11 İyul 2025 21:50see113

“Eşref” və “Demir” eyni layihədə

12 İyul 2025 01:16see112

Milli Çinə rəqib oldu

13 İyul 2025 01:24see112

Yamal 18 yaşını harada qeyd edəcək?

12 İyul 2025 16:57see112

“Mənim dövrümdə yaxşı pul verilirdi” Zülfüqarovun konserv açıqlamasına Məmmədyarovdan cavab

12 İyul 2025 22:07see112

Psixopatik xüsusiyyətlər stress hormonları ilə əlaqələndirildi ARAŞDIRMA

12 İyul 2025 10:24see112

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

13 İyul 2025 01:19see111

41 yaşını qeyd edən Vüsalə Əlizadə bahalı hədiyyələrini nümayiş etdirdi

12 İyul 2025 15:32see111

Azərbaycan Respublikası və vətəndaşları 40 gündə 6 seçkidə qalib gəlib

12 İyul 2025 01:03see111

Pentaqon öz siyasətini kökündən dəyişir...

12 İyul 2025 00:26see111

Zəngilanda 150 dən çox sakin tibbi müayinədən keçirilib FOTO

11 İyul 2025 21:54see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri