Gömrük postunda xarici valyuta qaçaqmalçılığının qarşısı alınıb FOTO
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində xarici valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsinin qarşısı alınıb.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən APA-ya verilən məlumata görə, “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasından Gürcüstana gedən yük nəqliyyat vasitəsinin sürücüsü şifahi olaraq sorğu-sual edilib və nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirib.
Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin dartıcısının salonunda xüsusi saxlanc yerində gizlədilərək keçirilməsinə cəhd göstərilən 8 000 000 (səkkiz milyon) rus rublu aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:101
Bu xəbər 15 May 2025 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















