Gürcüstandan çox sayda əcnəbi deportasiya olunub
Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamenti və digər aidiyyəti strukturların birgə koordinasiyası ilə son günlər ərzində keçirilən kompleks tədbirlər nəticəsində ölkədən 41 əcnəbi vətəndaş deportasiya olunub.
Bu barədə məlumatı DİN yayıb.
Nazirliyin açıqlamasına görə, deportasiya olunan şəxslər Azərbaycan, Türkiyə, Türkmənistan, Hindistan, İordaniya, İran, Nepal, Pakistan, Rusiya, Cənubi Afrika Respublikası, Ermənistan və Zimbabve vətəndaşlarıdır.
Aparılan istintaq zamanı müəyyən edilib ki, saxlanılan əcnəbilər “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanunun tələblərini pozaraq ölkədə hüquqi əsas olmadan qalmağa davam ediblər. Onların bir qismi sığınacaq prosedurundan sui-istifadə edərək illərlə Gürcüstanda qeyri-qanuni yaşayıb.
Nazirliyin məlumatında bildirilib ki, mövcud qanunvericiliyə əsasən, bu şəxslərin Gürcüstana girişinə qadağa qoyulub(report).

25 əcnəbi Gürcüstandan deportasiya edilib
04 Yanvar 2025 16:54
28 əcnəbi Gürcüstandan deportasiya edilib azərbaycanlılar da...
09 İyul 2025 14:01
Gürcüstandan 28 əcnəbi çıxarılıb
09 İyul 2025 17:48
85 əcnəbi Gürcüstandan deportasiya edilib Azərbaycanlılar da var
13 Mart 2025 17:44
Gürcüstandan aralarında Azərbaycan vətəndaşlarının da olduğu 34 əcnəbi deportasiya olunub
25 İyun 2025 11:05

