İrlandiya hökuməti bu insanlara ev və 84 min avro verəcək
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İrlandiya hökuməti ölkənin qərb sahilində yerləşən altı ucqar adaya köçmək və oradakı köhnə evləri yeniləmək istəyənlərə maliyyə yardımı edir.
"Unikal" xəbər verir ki, bununla bağlı İrlandiya hökuməti proqram hazırlayıb.
Belə ki, proqrama görə adaya köçənlərə 84 min avro və ev veriləcək. Proqram çərçivəsində müraciət üçün İrlandiya vətəndaşı olmaq tələb olunmur – dünya üzrə istənilən şəxs iştirak edə bilər.
Adada yalnız daimi yaşayış üçün nəzərdə tutulan, ən azı iki ildir boş qalan və 2007-ci ildən əvvəl tikilmiş evlərə aiddir. Ev təmirsiz vəziyyətdədirsə, əlavə dəstək ayrılır. Həmçinin, ev ən azı 10 il yaşamaq və ya uzunmüddətli kirayə məqsədilə istifadə edilməlidir, əks halda vəsait geri alınacaq.


