KİV: Tramp Ukraynanın 5 vilayətinin Rusiyaya verilməsini istəyir
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya ilə sülh sazişi imzalayacağı təqdirdə Ukraynanı ərazi güzəştlərinə məcbur edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Daily Telegraph" mənbələrə istinadla məlumat yayıb.
"Ağ Ev açıq şəkildə bildirib ki, Tramp Moskva ilə Kiyev arasında nizamlanmada vasitəçilik etsə, ikincisi ərazi güzəştinə getməli olacaq", - mənbə bildirib.
Söhbət Rusiya tərəfindən işğal edilmiş Ukraynanın Krım, Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərinin Moskvaya verilməsindən gedir.
Nəşr yazır ki, Ukraynanın avropalı tərəfdaşları ABŞ liderinin bu yanaşmasından narahatdırlar: "Buna görə də Avropa İttifaqı alternativ plan təklif edə bilər".

Rusiyaya Ukraynanın bir hissəsini yox, hamısın istəyir Tramp
05 May 2025 08:13
Tramp: Ukraynanın ərazilərini Rusiyaya verməyən yeganə prezidentəm
03 Mart 2025 18:01
Tramp Ukraynanın Rusiyaya hücumlarına qarşı ÇIXDI: “Müharibəni alovlandırırıq”
12 Dekabr 2024 17:45
Ukraynanın Rusiyaya ərazi güzəşti... Palisa
26 Mart 2025 22:20
Ukraynanın Rusiyaya gecə hücumu başladı
13 Aprel 2025 00:45

