Kolumbiyada neft kəməri partladıldı
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kolumbiyanın şimalında Arauka departamentində yerləşən ən böyük neft kəmərlərindən biri hücuma məruz qalıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici KİV neft kəmərinin operatoru olan “Cenit” şirkətinə istinadən məlumat yayıb.
"Hücum nəticəsində neft sızması baş verib. Mütəxəssislər nəticələrin aradan qaldırılması üçün hadisə yerində işləyirlər", - məlumatda bildirilib.
Qeyd olunub ki, hücumun bu bölgədə fəal olan "Milli Azadlıq Ordusu"nun (ELN) döyüşçüləri tərəfindən həyata keçirildiyi ehtimal olunur.

Kolumbiyada neft boru kəmərinə hücum olub
30 May 2025 08:14
Kolumbiyada neft kəmərində terror aktı baş verib
30 May 2025 08:53
Kolumbiyada qarşıdurma: Ölənlər var
20 Yanvar 2025 14:37
İtalyan mafiya başçısı Kolumbiyada tutulub
23 Mart 2025 19:16
Kolumbiyada narkokartelin liderlərindən biri zərərsizləşdirilib
26 Mart 2025 10:07

