Marketlərdə 16 qəpiyə satılan yumurta Birləşmiş Ərəb Əmirliklərinə 10 qəpiyə ixrac edilib
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ümumi dəyəri 1 milyon 224 min dollar olan 20 milyon 505,6 min ədəd yumurta ixrac edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan yumurtanın 1 ədədinin orta gömrük dəyəri 6 sent (10 qəpik) olub.
Müqayisə üçün qeyd edək ki, Azərbaycanda daxili bazarda satılan yumurtanın 1 ədədinin pərakəndə satış qiyməti 16 qəpik təşkil edib.
Onu da qeyd edək ki, ötən il yumurta Azərbaycandan xarici ölkələrə aşağıdakı qiymətlərlə ixrac edilib:
Rusiya – 48 milyon 654 min ədəd (14,5 qəpiyə);
Birləşmiş Ərəb Əmirlikləri – 34 milyon 146 min ədəd (13 qəpiyə);
İraq – 1 milyon 80 min ədəd (13,4 qəpiyə).
Elnur Əli

Marketlərdə 16 qəpiyə satılan yumurta Syerra Leoneyə 11 qəpiyə ixrac olunub
20 May 2025 12:40
Zelenski Birləşmiş Ərəb Əmirliklərinə gəlib
17 Fevral 2025 10:39
Trabzonspor dan Birləşmiş Ərəb Əmirliklərinə
10 İyun 2025 15:56
Nikol Paşinyan Birləşmiş Ərəb Əmirliklərinə gedir
09 İyul 2025 12:45
Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə getdi FOTO
05 May 2025 17:56

