Messinin vida matçının təxmini tarixi məlum olub
Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İspaniyanın “Barselona” klubunun rəhbərliyi argentinalı futbol ulduzu Lionel Messinin vida oyununun təxmini tarixini müəyyənləşdirib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, bu hadisə 2026/27 mövsümündə yenidənqurmadan sonra tam açılışı planlaşdırılan “Kamp Nou” stadionunda baş tutacaq. “Barselona” rəhbərliyi artıq Messinin ailəsi ilə əlaqə saxlayıb və argentinalı futbolçu oyunun təşkili ilə razılaşıb.
Qeyd edilir ki, “Barselona” yenilənmiş “Kamp Nou”da ilk oyununu iyulun 10-da keçirməlidir, lakin stadionun tamaşaçı tutumu yalnız 35 min nəfər olacaq. Daha sonra klub İspaniya çempionatı və Çempionlar Liqası oyunları üçün bu rəqəmin 60 minə qədər artırılması üçün icazə almağı planlaşdırır. Bir il sonra isə komanda oyunlarını məhdudiyyətsiz tamaşaçı sayı ilə keçirə biləcək.
Paylaş


