Naxçıvanda əsas kapitala 106 milyon manatdan çox vəsait yönəldilib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Naxçıvan, 11 iyul, AZƏRTAC
Naxçıvanda cari ilin yanvar-iyun aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 106 milyon 117 min 600 manat vəsait yönəldilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu da bir il öncəki göstəricidən 40,5 faiz çoxdur.
Əsas kapitala vəsait qoyuluşunun 83 milyon 340 min 100 manatı və ya 78,5 faizi tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 34,3 faiz çoxdur.

10 ayda əsas kapitala 14 mlrd. manatdan çox vəsait yönəldilib
16 Noyabr 2024 13:52
Naxçıvanda əsas kapitala 31,5 faiz çox vəsait qoyulub
19 İyun 2025 11:38
Naxçıvanda əsas kapitala vəsait qoyuluşu 62 faizdən çox artıb AZƏRTAC
15 Yanvar 2025 13:51
Cari ildə əsas kapitala 5 milyarddan çox vəsait yönəldilib
13 May 2025 15:02

