Partlayışda ağır yaralanan qadın xəstəxanada öldü
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bir neçə gün əvvəl Gəncədə fərdi yaşayış evində partlayışla nəticələn yanğın hadisəsində xəsarət alan şəxs müalicə xəstəxanada ölüb.
"Unikal"ın məlumatına görə, ağır yanıq xəsarətləri alan şəhər sakini 1958-ci il təvəllüdlü Ş.Musayev bu gün səhər saatlarında müalicə aldığı Bakı şəhərində yerləşən Kliniki Tibbi Mərkəzin nəzdində olan Toksikologiya Mərkəzinə vəfat edib.
Xatırldaq ki, hadisə iyul ayının 4-də şəhərin Nizami Gəncəvi prospektində yerləşən fərdi yaşayış evlərinin birində partlayışla nəticələn yanğın hadisi baş verib.
Nəticədə ev sahibi 1958-ci il təvəllüdlü Ş.Musayev yanıq xəsarəti ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.Yanıq xəsaərtləri alan şəxsin vəziyyəti ağır olduğuna görə elə həmin gün Bakı şəhərinə aparılıb.
Faktla bağlı Gəncə şəhər prokrorluğunda araşdırma aparılır.
Tural Əhmədov

