Paşinyanın saatını oğurlayanlar, Mirzoyanı döyənlər saxlanıldılar
Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hurriyyet.az xəbər verir ki, Ermənistanın İstintaq Komitəsi 2020-ci ildə iğtişaş törədən şəxslərin bir qrupunu istintaqa cəlb edib. Komitə 2020-ci ilin noyabrında üçtərəfli Bəyannamənin imzalandığı gecə kütləvi iğtişaşlarda iştirak etməkdə ittiham edilən daha 7 nəfərin saxlanıldığını bildirib. Mayın axırlarında Ermənistan İstintaq Komitəsi təhqiqat çərçivəsində 9 nəfərin saxlanıldığını xəbər vermişdi. İşlə bağlı onlarla şəxs dindirilir. Proses davam edir.
Xatırladaq ki, 2020-ci il noyabrın 10-a keçən gecə Azərbaycan, Ermənistan və Rusiya liderləri Qarabağda atəşkəs barəsində bəyanat qəbul etmişdilər. Ermənistanın kapitulyasiyasının etirafından narazı qalan bir qrup şəxs İrəvanda hökumət binalarına hücum eləmişdilər.
İstintaqın məlumatına görə, saxlanılan şəxslər polisin mühasirəsini yararaq Hökumət Evinin şüşələrini sındırmış, qapısını qırmışdılar. Bundan sonra binaya daxil olaraq qalan ediblər. Həmin gecə Ermənistanın Baş naziri Nikol Paşinyanın saatı, noutbuku və ətiri oğurlanmışdı. Hökumət başçısı sosial şəbəkələrdə bu "itkisini" paylaşaraq "Hər şey Vətən üçün" sözlərini yazmışdı.
İğtişaşçılar hazırda Ermənistanın xarici işlər naziri, o dövrdə isə parlamentin spikeri olan Ararat Mirzoyana da hücum edib döymüşdülər.
Hürr Tərcüman

