Paytaxtda yaşayış binasında yanğın Üç nəfər zəhərləndi
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Bakının Nəsimi rayonunda yanğın zamanı üç nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yanğın baş verib. Ümumi sahəsi 23 m² olan ikiotaqlı mənzilin mətbəxində mebel iki poqonometr və məişət əşyaları yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən üç nəfər bina sakini tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paytaxtda yaşayış binasında baş verən yanğın söndürülüb
25 May 2025 20:31
Türkiyədə yaşayış binasında yanğın: 11 nəfər zəhərləndi
08 May 2025 23:26
Sumqayıtda yaşayış binasında yanğın 5 nəfər...
07 Dekabr 2024 12:50
Nəsimidə yaşayış binasında yanğın 3 nəfər...
11 Dekabr 2024 10:23
Şirvanda yaşayış binasında yanğın 7 nəfər...
17 İyun 2025 13:50

