Pentaqon Çinlə müharibə riskinə qarşı Yaponiyadan və Avstraliyadan mövqe tələb edir
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Pentaqon ABŞ və Çin arasında ehtimal olunan müharibədə Yaponiya və Avstraliyanı öz mövqelərini aydınlaşdırmağa çağırıb.
APA xəbər verir ki, bu barədə adı açıqlanmayan ABŞ rəsmiləri “Financial Times” qəzetinə məlumat ötürüblər.
Belə ki, ABŞ-ın hərbi rəsmiləri son aylar ərzində Yaponiya və Avstraliyadan olan həmkarları ilə görüşlərdə dəfələrlə bu məsələni qaldıraraq, onlardan Tayvan məsələsi ilə bağlı olaraq, Vaşinqton və Pekin arasındakı potensial müharibədə kimi tərəfində olacaqlarını təkidlə soruşublar.
Lakin, yaponiyalı və avstraliyalı rəsmilər qəti cavab verməkdən imtina ediblər.

Çinlə müharibə istəmirik, ancaq... Pentaqon
05 Mart 2025 20:21
Pentaqon rəhbəri: ABŞ Çinlə müharibə istəmir
05 Mart 2025 19:38
Pentaqon: Çinlə müharibəyə hazırıq
05 Mart 2025 21:39
Pentaqon ABŞ ın Çinlə mümkün münaqişəyə hazırlaşdığını bildirib...
21 May 2025 06:31
Avstraliyadan Çinə ağır zərbə
01 Aprel 2025 17:26

