“Qarabağ” bu gün iki dəfə “Tvente” ilə oynayacaq
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” komandası bu gün növbəti yoxlama oyunlarını keçirəcək.
"Unikal" xəbər verir ki, Ağdam klubu “Tvente” ilə qarşılaşacaq. Niderland təmsilçisi ilə iki görüş baş tutacaq.
Kaprun stadionunda təşkil olunacaq matçlar Bakı vaxtı ilə saat 17:00 və 19:15-də start götürəcək.
“Köhlən atlar” Avstriyadakı ilk yoxlama qarşılaşmasında Ukraynanın "Metallist 1925" kollektivinə 4:5 hesabı ilə uduzub.
Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən “Qarabağ”ın iyulun 2-də başlayan Avstriya toplanışı ayın 16-dək davam edəcək.

Qarabağ Tvente ylə qarşılaşır
11 İyul 2025 11:05
“Qarabağ” “Tvente”: CANLI YAYIM
11 İyul 2025 17:32
Qarabağ Tvente ilə bir gündə iki dəfə görüşəcək
11 İyul 2025 09:09
“Qarabağ” “Tvente” ilə üz üzə YENİLƏNİR
11 İyul 2025 09:48
“Qarabağ” “Tvente”ni məğlub edib YENİLƏNİB
11 İyul 2025 19:13

