QHT sədrinin layihə çərçivəsində şəhid ailələri ilə görüşü davam edir
Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Milli Mədəniyyətin TəbliğI İctimai Birliyinin ‘’Şəhidlərə həsr olunmuş nəşrlərin hazırlanması’’ layihəsi davam edir.
Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri və layihə rəhbəri Jalə Cəfərova iyulun 9-da Saatlı rayonundan döndüyünü bildirib. O, iki gün ərzində görülən işlər haqqında bizə bunları dedi: “İyul ayının 7-dən 9 -a qədər Saatlı rayonunda və bir neçə kənddə oldum. ‘’Şirin ömür payım vətənə qurban” kitabında yer alacaq növbəti qəhrəman 1993-cü ildə Ağdamda gedən döyüşlərdə şəhid olan Bayramov Azad Yusif oğlu olcaq. İyulun 7-də Saatlı rayon İcra Hakimiyyətində oldum. Humanitar məsələr üzrə müavin Mehriban Ağayeva ilə görüşdüm. Saatlı rayonu Məmmədabad kəndində şəhidin adını daşıyan məktəbə gedib çəkiliş etmək və lazımı məlumatları toplamaq üçün göstəriş verdi. Daha sonra ailəsi ilə görüşmək üçün şərait yaradıldı. Mən 7 iyulda çəkilişlərlə məşğul oldum. 7 iyul və 8 iyul tarixlərində şəhidin doğmaları və dostları ilə görüşüb lazım olan materialları qeyd etdim. Hələ ki kitabın hazırlıq mərhələsindəyəm. Növbəti hazırlıq mərhələsi Bakıda dünyaya göz açmış Cəbrayılov Həmid Yaşar oğlu haqqında olacaq”.









