Rusiya Fransa üçün əsas təhdiddir
Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Tyerri Byurkar Rusiyanı Fransanın təhlükəsizliyi üçün əsas təhdid adlandırıb. Onun sözlərinə görə, Rusiya həm adi, həm də nüvə silahları ilə güclü hərbi qüvvəyə malikdir.
Byurkar Parisdə keçirilən mətbuat konfransında belə bir çıxış edib. Mətbuat konfransı generalın X hesabında canlı efirə gedib.
Byurkar deyib: "Rusiya demək olar ki, hər cəhətdən təhlükədir. Bu, davamlı, yaxın və mənim fikrimcə, miqyasına görə ən mühüm təhlükədir. Əvvəla, Rusiya həm adi, həm də nüvə silahları baxımından əsl hərbi gücdür".
Byurkar eyni zamanda qeyd edib ki, "Fransa coğrafi mövqeyinə və nüvə silahına malik olması sayəsində ən böyük təhlükə altında olan ölkə deyil".
Generla “Rusiya ilə hərbi xətt üzrə əlaqə saxlamağın zəruriliyini” etiraf edib. Lakin onun sözlərinə görə, “belə təmaslar texniki səviyyədə həyata keçirilir və bu, gərginliyi azaltmaq üçün kifayət etmir”.
Hürr Tərcüman


