Türkiyədə qeyri adi evlilik təklifi polis şöbəsində bitdi
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Türkiyənin Adana şəhərində Şakir Karakaya sevgilisi Nazlı Gümüşə yalandan özünün silahlı hücumda yaralandığını göstərərək sürpriz evlilik təklifi edib.
Oxu.Az bu barədə "Hürriyet" qəzetinə istinadla xəbər verir.
Karakaya həm iş yoldaşı olan, həm də uşaqlıqdan sevgilisi olan Gümüşə qeyri-adi evlilik təklifini dostlarının köməyi ilə reallaşdırıb.
Qurama hadisədə 29 yaşlı Karakaya 14 illik sevgilisi və dostları ilə görüşmək üçün avtomobillə gəldiyi yerdə yanına motosiklet yaxınlaşır.
Motosikletdəki dəbilqəli kişi özünü elə göstərir ki, guya ona atəş açır. Bunun inandırıcı olmasından ötrü partlayıcı maddələri işə salır. Karakaya özünü vurulmuş kimi göstərərək, maşının arxasına keçir və üzərinə qırmızı qida boyası tökərək yerə uzanır.
Sevgilisinin vurulduğunu zənn edərək, Karakayanın yanına qaçan 26 yaşlı Gümüş sürpriz evlilik təklifi ilə qarşılaşır.
Ətrafdakı insanlar baş verənlərin gerçək olduğunu düşünərək polis çağırıblar. Hadisə iştirakçıları polis şöbəsində ifadə verdikdən sonra sərbəst buraxılıblar.










