“Ümid edirəm ki, Tramp bunu başa düşəcək!”
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
“ABŞ Prezidenti Donald Tramp yadda saxlamalıdır ki, Rusiya ilə ABŞ arasında baş verə biləcək ən pis şey III Dünya Müharibəsidir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev teleqram kanalında yazıb.
“O ki qaldı Trampın Putinin “odla oynaması” və Rusiyanın başına gələ biləcəklər haqqında dediklərinə gəlincə... Mən yalnız bir pis şeyi bilirəm, o da III Dünya Müharibəsi. Ümid edirəm ki, Tramp bunu başa düşəcək!”, - Medvedev yazıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində Rusiya lideri Vladimir Putinin “odla oynadığını” bildirib.

Tramp: Ümid edirəm ki, Ukraynada atəşkəs olacaq
17 May 2025 20:48
Baydendən Ukrayna açıqlaması: Ümid edirəm ki, Tramp...
26 Noyabr 2024 23:13
Bayden: Ümid edirəm ki, Tramp fikrini dəyişəcək
29 Noyabr 2024 01:30
“Ümid edirəm ki, Putinlə razılaşa biləcəyik” Tramp
24 İyun 2025 19:02
Tramp: Ümid edirəm ki, İran danışıqlara yox deməyəcək
07 Mart 2025 17:59

