Üzünü görmədiyi oğlu şəhidin adını yaşadır: Polis olacağam və sonra atamı dirildəcəyəm
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Baku TV Tovuz döyüşləri şəhidi Elşad Məmmədov haqında reportaj hazırlayıb.
Şəhidin anası Nuriyyə Məmmədova oğlunun evə son gəlişi barədə danışarkən deyib:
"Üçsaatlıq gəlmişdi. Oğlu Məhəmmədi oynatdı, yola qədər qucağında apardı. Məhəmmədin adını özü qoymuşdu. Babasının adını yaşatmaq istəyirdi".
N.Məmmədova qeyd edib ki, Elşad ikinci övladının olacağından xəbərsiz şəhid olub:
"O, şəhid olandan sonra bildik ki, ikinci övladı dünyaya gələcək. Sevindik, amma həm də kədərləndik ki, oğlum onu görməyəcək. Elşadsız həyat çox çətindir. Uşaqlar soruşur ki, atamız niyə gəlmir?".
Şəhidin atası Dönməz Məmmədov isə oğlunun əmanətləri olan nəvələri ilə nəfəs aldığını söyləyib:
"Kiçik nəvəmdən böyüyəndə kim olacağını soruşuruq. Deyir ki, polis olacağam və sonra atamı dirildəcəyəm".
Ətraflı süjetdə:
Üzünü görmədiyi oğlu şəhidin adını yaşadır: "Polis olacağam və sonra atamı dirildəcəyəm"


