“Xəmsə” daha yaxşı “Kəpəz” istəyir
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
“Kəpəz" “Şamaxı”nı səfərdə məğlub etməklə turnir cədvəlinin sonuncu pilləsini tərk etdi.
Gəncəli azarkeşlərin sevincinin həddi-hüdudu yox idi. “Xəmsə” azarkeş qrupunun idarə heyətinin üzvü Aqşin Əsgərov oyunla bağlı bunları dedi:
“Şamaxıda dumanlı hava şəraiti olmasına baxmayaraq, komandanı dəstəkləməyə getmişdik. Komanda nəinki qələbə qazandı, sonuncu pillədən belə qurtuldu. “Kəpəz”in bundan sonra da irəliləyəcəyinə inanırıq. Komandalar arasında xal fərqi çox deyil. Bir qələbəyə 3 xal verilən oyunda 4-5 xallıq fərqi aradan qaldırmaq iki-üç turun işidi. İnanırıq ki, “Kəpəz” növbəti qələbələri qazanacaq. Qış fasiləsindən sonra da daha yaxşı “Kəpəz” görəcəyik”.
ƏSƏD SEYİDOV

“Xəmsə” “Kəpəz”ə dəstək verəcəkmi?
04 May 2025 22:53
“Xəmsə” “Kəpəz”in elitada qalacağına inanır
31 Yanvar 2025 16:46
“Kəpəz”in elitada qalmasını da qeyd etdik” “Xəmsə” 16 yaşında
07 May 2025 22:04
“Xəmsə” rəsmləri Ədəbiyyat Muzeyində
16 Yanvar 2025 10:48
“Gələn mövsüm daha yaxşı “Kəpəz” görəcəyik”
16 May 2025 10:39

