Icma.az
close
up
RU
Ziyafət Əsgərov: Azərbaycan ilə Çin arasında əlaqələrin miqyası çox genişlənib

Ziyafət Əsgərov: Azərbaycan ilə Çin arasında əlaqələrin miqyası çox genişlənib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 13 iyul, AZƏRTAC

Son illər Azərbaycan-Çin münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Ötən ilin iyulunda qəbul olunan Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannaməyə, cari ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri zamanı imzalanan iki ölkə arasında hərtəfərli strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanata, müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanan sənədlərə baxsaq, görərik ki, iki ölkə arasında əlaqələrin miqyası çox genişlənib. Bu məsələdə dövlət başçılarının şəxsi dostluğu böyük rol oynayır. Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi Çinin dostu adlandırıb. Dövlətimizin başçısının apreldə Çində dövlət səfəri zamanı yüksək səviyyədə qarşılanması deyilənlərin sübutudur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib. İki ölkə arasında münasibətlərin qarşılıqlı hörmətə və dostluğa əsaslandığını vurğulayan Milli Məclis sədrinin müavini əlavə edib ki, ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir, xüsusi əhəmiyyət kəsb edən məsələlərdə daim qarşılıqlı dəstək nümayiş etdirir.

O, iki ölkənin qanunverici orqanları arasında səmərəli əməkdaşlıq yarandığını, hər iki tərəfin bu əməkdaşlığın inkişafında maraqlı olduğunu deyib.

“Çin ilə iqtisadi əlaqələrin inkişafı bizim strateji tərəfdaşlığımızda vacib yer tutur. Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir” deyən Z.Əsgərov 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə 20,7 faiz çoxalaraq 3,744 milyard ABŞ dollarına çatdığını söyləyib. Bildirib ki, Çinin “Kəmər və yol” təşəbbüsündə Azərbaycan olduqca əhəmiyyətli mövqeyə malikdir. Belə ki, Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyəni əhatə edən Orta Dəhliz “Kəmər və yol” təşəbbüsünün tərkib hissəsidir. Bu dəhlizin Çin ilə Avropa arasında yüklərin daşınmasındakı əhəmiyyəti gündən-günə çoxalır.

Milli Məclis sədrinin müavini Azərbaycanda Konfutsi institutlarının vasitəsi ilə Çin dilinin öyrədilməsinin, Pekin Xarici Dillər Universitetində Azərbaycan dili kafedrasının fəaliyyətinin, Bakı ilə Çendu, Gəncə ilə Çindao, Naxçıvan ilə Çonçin və Urumçi, Sumqayıt ilə Mienyanın qardaşlaşmış şəhər münasibətlərinin qurulmasının xalqlarımız arasında dostluğun möhkəmlənməsinə töhfə verdiyini deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyul 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri