Icma.az
close
up
RU
0:10 hesablı məğlubiyyətdən sonra istefa verən məşqçi: “Təxribata getmədim”

0:10 hesablı məğlubiyyətdən sonra istefa verən məşqçi: “Təxribata getmədim”

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

"Mən öz yoluma sadiq qaldım".

Bunu İdman.biz-ə “Araz Saatlı" futbol klubunun sabiq baş məşqçisi Şəhriyar Məmmədov deyib.

Mütəxəssis II liqa təmsilçisindən istefa verməsinin səbəblərini açıqlayıb: "Ya mən peşəkar məşqçi kimi komandanı öz arxamca aparmalıydım, ya da qeyri-peşəkar futbolçular məni öz ardınca aparmalıydı. Cəmi iki yol vardı. Mən də birincini seçdim. Komandanı necə lazımdır, arxamca aparırdım da. Uğurlarımızı da görürdünüz. Altı oyunluq qalibiyyətdən sonra "Şəfa" ilə səfər oyununda baş verənlər ondan xəbər verirdi ki, komanda qeyri-peşəkarlığa doğru gedir. Sözsüz ki, mən konkret qərar verməli, müəyyən çərçivələr qoymalıydım. Gördüm ki, futbolçular həmin çərçivəyə uyğunlaşmır, yaxud da uyğunlaşmaq istəmir. Hər bir futbolçu neqativ davranışına görə cəza almalıdır. Əgər bu cəzalar yoxdursa, biz hansı peşəkarlıqdan danışa bilərik? Mənim üçün nizam-intizam vacib şərtdir. Bildiyiniz kimi, biz il ərzində 35-dən çox futbolçu götürə bilmirik. Komandadakı oyunçular da çox gözəl bilirdi ki, limit dolub. Onlar düşündü ki, bundan istifadə edib qruplaşsaq, baş məşqçi bizim dediyimizlə oturub durmağa məcbur olacaq. Mən də onların təxribatına getmədim. Bildirdim ki, kim oynamaq istəmirsə, yolu açıqdır, gedə bilər”.

O qeyd edib ki, klub rəhbərliyi ilə heç bir narazılığımız olmayıb: “Məlum problemlər bir neçə oyunçunun qruplaşması və digər oyunçuları cəlb etməsindən sonra yaranıb. Klub rəhbərliyi də mənə geri addım atmağı məsləhət gördü. Mən də onların fikrinə sayğı ilə yanaşdım".

Məmmədov II Liqanın XVII turu çərçivəsində "Şəfa"ya səfərdə 0:10 hesabı ilə məğlub olmalarından danışıb: "Oyundan bir gün öncə komandanın iki müdafiəçisini öz maşınımla xəstəxanaya aparmışam. Biri soyuqdəymədən olmuşdu, digəri də səhv etmirəmsə, belə bir şey idi. Sistem köçürüləndən sonra onlar oyuna çıxdılar. Ancaq hələ isinmələr zamanı hiss edirdim ki, gedişat yaxşı olmayacaq. Sadəcə mənim "B" variantım yox idi. Yaxşı məşqçi nə vaxt olur? Əlinin altında olan yaxşı futbolçulardan oyunda düzgün istifadə edəndə. Əgər mənim belə bir imkanım olsaydı, həmin iki futbolçunu oyuna çıxarmaq əvəzinə istirahət verib başqa oyunçuları meydana buraxardım. Ancaq belə bir şansım yox idi, özü də rəqib kimdir? II liqanın ən güclü komandalarından olan "Şəfa".
Məmmədov gələcək planlarından da bəhs edib: "Düzü "Araz Saatlı"da itirdiyim vaxta, zəhmətə heyfslənirəm. Hamı bilir ki, harada işləmişəmsə, aldığımdan daha artığını qaytarmağa çalışmışam. "Araz Saatlı"da çətin günlər yaşadım. Ancaq onu da bilirəm ki, məşqçilik yolunda bu çətinliklər gözləniləndir. Bu yolda heç kimə güzəşt etməyi düşünmürəm. Yoluma məşqçi kimi davam edəcəm. Daha etibarlı bir klubdan təklif gələrsə, dəyərləndirə bilərəm".

Qeyd edək ki, Şəhriyar Məmmədov son bir ildə "Araz Saatlı"nın baş məşqçisi kimi fəaliyyət göstərib. Mütəxəssis bundan öncə "Araz Naxçıvan", "Keşlə" və MOİK klublarında çalışıb.
Aytac Sahəd
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 27 Mart 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri