Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

10:0 olmasın, 10 0 olsun!

10:0 olmasın, 10 0 olsun!

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan millisinin Fransa yığmasına qarşı son oyunu 30 il əvvəlkitək 0:10 hesabı ilə yekunlaşmadı. Rəqib komanda lideri Kilian Mbappenin zədələnməsi bahasına da olsa, cəmi 3 top vurdu. Mbappe qol və məhsuldar ötürmə ilə kifayətlənmədi. Onu əvəzləyən oyunçu belə, meydana girər-girməz qol vurdu. Necə deyərlər, "Dövlət bəyin ölüsü də gözəldir".

Mbappe milliyə zədəli halda çağırılmışdı. Onun Azərbaycan yığmasına qarşı oynaması sual altında idi. Dəfələrlə görmüşük ki, bu cür ulduz futbolçular belə zəif rəqiblərlə oyunda çıxış etməkdənsə zədədən tam bərpa olunmağı və daha güclü rəqiblə görüşdə meydana çıxmağı üstün tuturlar. Yəni, 27 yaşlı hücumçu Azərbaycanla qarşılaşmada istirahət edə, daha güclü İslandiya ilə 13 oktyabr oyununda komandasına kömək edə bilərdi. Amma görün, bu futbolçuda oynamaq, millinin şərəfini qorumaq istəyi nə qədər güclüdür ki, tam sağalmamış meydana çıxdı, 84 dəqiqə oynadı. Yenidən zədələnməsəydi, yəqin ki, görüşü əvəzlənmədən keçirəcəkdi.

Mbappe zədəsini təzələdiyi üçün İslandiya ilə növbəti görüşü buraxacaq. O, klubu İspaniya "Real Madrid"inin düşərgəsinə məhz belə vəziyyətdə qayıtdı. İndi hətta Madrid klubu belə, onun bu qədər müddətdə meydanda saxlanılmasına təəccüblü qalıb. pizza sifarişi

Bizim 10 nömrə - Mahir Emrelinin isə nə zədəsi var idi, nə də ağrıları. Bircə problemi var idi, o da uzun müddətdir oynamaması. Yayda Almaniya "Kayzerslautern"inə bəh-bəhlə transfer olunmuş Emreli avqustun 22-dən bəri - son 5 matçda klubunda nəinki forma, hətta iştirak ərizəsi üzünə həsrət qalmışdı. Onun sonuncu çıxışı da məhz Azərbaycan millisinin heyətində sentyabrın 9-da Ukrayna yığmasına qarşı olmuşdu. Həmin vaxt start heyətdə yer almış forvard 66 dəqiqə meydanda qalmışdı.

Millidəki oyunlardan əvvəl çiynindən aldığı zədə ilə əlaqədar klubunun heyətində yer almırdı. Yığmadan "Kayzerslautern"ə qayıtdıqdan sonrakı 4 oyunda da "23-lük"dən kənarda qalmış futbolçunu, Fernandu Santuş baş məşqçi postunda qalsaydı, yığmaya çağırmazdı. Çünki özü də klubunda oynamayan futbolçuya dəvət göndərməyəcəyinə dair daha öncədən açıqlama vermişdi.

Lakin yeni baş məşqçi Ayxan Abbasov nəinki onu milliyə dəvət etdi, hətta əsas heyətdə şans da verdi. Emreli də sağ olsun, meydanda olmaqla, bu etimadı "layiqincə" doğrultdu. Sanki Fransaya qarşı 11 yox, 10 futbolçu oynayırdı. Onların 10 nömrəsinə qarşı 10 futbolçu!

Heç bunu da düz-əməlli bacarmadılar. Zədəli Mbappenin həmin 10 futbolçunun demək olar ki, hamısını keçərək, qapını dəqiq nişan alması müdafiə xəttinin nə vəziyyətdə olmasının real nümunəsidir.

Ayxan Abbasov işlədiyi bütün komandalarda müdafiəyə meylli oyun sisteminə üstünlük verməsi ilə tanınır. O, çox vaxt heyəti meydana 5-li müdafiə ilə buraxır. Fransa ilə matçda 5 müdafiəçi və qarşısında 4 yarımmüdafiəçi yer almışdı. Bir növ "ətdən çəpər" çəkmişdilər. İrəlidə isə yalnız Emreli qərarlaşmışdı. Meydanın rəqibə aid hissəsində presssinq etmək tapşırığı verilməmişdi. Hansısa oyunçu mərkəzi keçəndən sonra top fransızlara düşən kimi onların üzərinə getmək əvəzinə dərhal geri çəkilirdilər. Bizimkilər ən yaxşı halda fransalı futbolçuları mərkəzdə qarşılaya bilirdilər. Topu müdafiədə aldıqdan sonra sürətli əks-hücumlarla irəli atılmağı bacarmırdılar.

Halbuki məhz belə məqamlarda Emreli özünü göstərməli idi.

Dünənki oyunda Azərbaycan millisi ultramüdafiə xüsusiyyətinə görə Berti Foqstsun dövründəki yığmadan heç nə ilə fərqlənmirdi. 10:0 hesabının təkrarlanmamasının bircə səbəbi oldu - 10-0 taktikası. Bəli, kağız üzərində 5-4-1, reallıqda isə 10-0 olan "Foqts taktikası".

Oyun 2025-ci ilin 10-cu ayının 10-cu günündə keçirilirdi. İlk qolu vuran da, "asist" edən də, bu bacarığı 6 ildən sonra milliyə çağırılan Florian Tovenə ötürən də elə "10 nömrə" idi. Bizim də 10 nömrə guya var idi. Çatışmayan isə 10:0 oldu. Şükür, bu dəfə belə bir biabırçı hesab olmadı. Necə deyərlər, 7 top irəliyik.

Elşən MƏMMƏDOV 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 Oktyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see757

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see722

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see717

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see524

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see513

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see493

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see422

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see377

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see372

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see365

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see358

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see352

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see346

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see345

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see340

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see339

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see334

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see325

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see320

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see267
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri