Icma.az
close
up
RU
Düyməyə basıldı:Revanşistlər təxribata başladı

Düyməyə basıldı:Revanşistlər təxribata başladı

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Ermənistandakı radikal müxalifət Zəngəzur dəhlizinin  açılacağı ilə bağlı xəbərləri tənqid etməyə başlayıb. 

“Cebheinfo.az”-ın məlumatına görə,  Yaşamaq üçün Ölkə Partiyasının sədri Mesrop Arakelyan Zəngəzur dəhlizinin açılması ilə bağlı Əbu-Dabidə aparılan danışıqların əleyhinə təxribatçı açıqlama verib. 

“Yaxşı, fərz edək ki, Zəngəzurdan Naxçıvana gedən yol sırf Ermənistanın yurisdiksiyasına keçəcək. “Vətəndaş Müqaviləsi” fraksiyası  isə üzərinə “Suveren yol bölüyü” yazılmış  köynəklərlə yola nəzarət edəcək. Zəhmət olmasa deyin, bunun müqabilində Ermənistan nə alacaq? Naxçıvandan İrana yol? Azərbaycandan Rusiyaya gedən yol? Nə? Bəlkə də heç nə... 
Azərbaycanın Ermənistana öz ərazisindən hər hansı dəhliz verəcəyi ilə bağlı rəsmi müzakirələr və bəyanatlar yoxdur.

Ermənistan əvəzində heç nə, ümumiyyətlə, heç nə almadan daha bir güzəştə gedir”,-deyə Arakelyan bildirib.

Göründüyü kimi, radikal müxalifət nəqliyyat-kommunikasiya əlaqələrinin blokadadan çıxarılmasını Ermənistanın maraqlarına zidd proses kimi təqdim etməyə çalışır. Məqsəd isə Azərbaycana qarşı düşmənçilik siyasətinin davam etdirilməsinə nail olmaqdır. 

Xüsusilə də 2026-cı ildə keçiriləcək parlament seçkiləri ərəfəsində revanşistlərin Zəngəzur dəhlizi məsələsindən Nikol Paşinyan hakimiyyətinə qarşı əks-arqument kimi istifadə etmək cəhdi aydın görünür. Arakelyanın Paşinyanı Azərbaycana güzəştə gedən tərəf kimi təqdim etməsilə seçkilər öncəsi özünün və təmsil olunduğu siyasi düşərgənin mövqeyini gücləndirməyə hesablanıb. 

Halbuki, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat-kommunikasiya əlaqələrinin Ermənistanın yurisdiksiyasına keçməsi rəsmi İrəvanın maraqlarına zidd deyil. Əksinə, Nikol Paşinyan hökuməti son 5 ildə yola nəzarət məsələsində Rusiya ilə məhz suverenlik probleminə fikir ayrılığı yaşayıb. 

Rəsmi Bakı isə Ermənistanın “3+3” platforması çərçivəsində Azərbaycan  ərazisindən üçüncü ölkələrə çıxış üçün istifadəsinə razı olduğunu dəfələrlə bəyan edib.  Lakin Ermənistan indiyə qədər nə Zəngəzur dəhlizini açıb, nə də “3+3” platfiormasında əməkdaşlığa qoşulub. Ona görə də bu məsələdə Ermənistana tranzit yol verilməyəcəyini söyləmək siyasi məntiqsizlikdir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 İyul 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see483

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see323

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see319

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see254

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see254

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see238

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see230

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see208

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see206

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see205

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see200

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see192

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see189

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see181

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see179

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see175

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see172

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see172

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri