Icma.az
close
up
RU
06.00 27.09.2020...

06.00 27.09.2020...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Böyük Zəfərə gedən yolun 1-ci günü

Bu gün ölkəmizdə tarixi bir gündür - Anım Gününü qeyd edirik.  27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsində ağır artilleriya atəşləri nəticəsində uşaqlar, qadınlar və qocalar daxil olmaqla ümumilikdə 94 mülki şəxs öldürülmüş, 400-dən çox mülki şəxs yaralanmış, eyni zamanda, 3 minədək Azərbaycan əsgəri şəhid olmuş, mindən çox əsgər yaralanmış, 6 nəfər itkin düşmüşdür. Azərbaycan xalqına böyük Zəfərin sonsuz qürurunu yaşadan şəhidlərimizin ruhları həmişə Vətən göylərində olacaq. Biz onların əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağıq. Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin sənədə əsasən 27 sentyabr ölkəmizdə Anım Günü kimi müəyyənləşdirilib. Bu tarix 44 günlük Vətən müharibəsində igid əsgər və zabitlərimizin misilsiz şücaəti sayəsində qazanılan Zəfərə gedən yolun başladığı günü simvolizə edir.

Ermənistanın ardıcıl təxribatları müharibəni qaçılmaz edirdi

Prezident İlham Əliyev zamanı dəyərləndirən və həmihid strateji önəm daşıyan qərarları vaxtında verən müdrik Liderdir. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin başlaması ilə bağlı müvaffiq qərar da belə verilmişdi. Dövlətimizin başçısının bildirdiyi kimi, müharibəni əvvəl başlamaqla tələsə, daha sonra başlamaqla gecikə bilərdik.

Burada ilk növbədə torpaq  itkilərinə məruz qalan Azərbaycanın müharibəyə tam hazır olması amilini qeyd etmək yerinə düşər. Böyük siyasətçi Heydər Əliyev zamanında uzaqgörənlik nümayiş etdirməklə 1994-cü ilin may ayında Ermənistanla atəşkəs müqaviləsinin imzalanmasına nail olmuşdu. Bu da tarixi bir addım idi. O dövrdə Azərbaycanın müstəqilliyi kövrək idi. İqtisadiyyatımız tənəzzülə uğramışdı, ordu tam formalaşmamışdı. Belə vəziyyətdə müharibənin davam etdirlməsi daha ağır nəticələrə gətirib çıxara bilərdi. Atəşkəs işğala məruz qalan Azərbaycana toparlanmağa, güc yığmağa imkan yaratdı və bu fürsətdən lazımınca istifadə olundu. Son iyirimi ildən artıq müddətdə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq sülh danışıqları davam etdirilməklə yanaşı, həm də iqtisadiyyat gücləndirildi və bu əsasda müasir, yüksək döyüş qabiliyyətinə malik ordu formalaşdırıldı. İkinci Qarabağ müharibəsindən əvvəl baş verən Aprel döyüşlərində, Cünnüt əməliyyatlarında əldə olunan qələbələr onu göstərirdi ki, Azərbaycan Ordusu onun qarşısında duran əsas vəzifəni yerinə yetirməyə - ölkənin ərazi bütövlüyünü tam təmin etməyə hazırdır.

Müharibəni şərtləndirən və qaçılmaz edən digər amil isə Ermənistanın iki ölkə arasındakı şərti sərhədlər və keçmiş təmas xətti boyunca təxribatların miqyasını genişləndirməsi, yeni müharibə hazırlıqları görməsi idi. Beynəlxalq təşkilatlardan, güc mərkəzlərindən sərt təpki görməyən, işğalçılıq siyasəti cəzasız qalan Ermənistan “yeni ərazilər uğrunda yeni müharibə” ritorikasından çıxış edir və nəzarətində olan Azərbaycan ərazilərinin bir qarışını da geri qaytarmayacağını bildirirdi.

 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri növbəti dəfə genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Düşmənə qəti şəkildə cavab vermək, onu cəzalandırmaq məqamı gəlmişdi və Azərbaycan rəhbərliyi tərəfindən müvafiq qərar verildi. İkinci Qarabağ müharibəsi 2020-ci il 27 sentyabr tarixində səhər saat 06:00-da başladı. Bu, Azərbaycanın apardığı ədalətli müharibə idi.

Müharibənin ilk günündə

Sentyabrın 27-də Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlətimizin başçısı iclasda çıxış edib. Çıxışında Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarının başlamasına aydınlıq gətirən dövlətimizin başçısı bizim mübarizəmizin haqq mübarizəsi olduğunu və xalqın Ordunu dəstəklədiyini diqqətə çatdırıb.

Müharibənin ilk günündə  Prezident İlham Əliyev ölkədə “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərman imzalayıb. Elə həmin gün Milli Məclisin iclası keçirilib. İclasda Milli Məclis “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Prezidentinin Fərmanının təsdiq edilməsi barədə qərar qəbul edib.

Xalqın, cəmiyyətin dövlət və Ordu ilə sıx həmrəyliyi

Müharibə ölüm-itim, qan-qada, məhrumiyyətlər deməkdir. Ancaq Vətən müharibəsi başlayanda Azərbaycan cəmiyyətində bir sevinc hiss olunurdu. İnsanlar, nəhayət, torpaqlarımızın işğaldan azad ediləcəyinə böyük ümidlərini ifadə edirdilər.

Təsadüfi deyil ki, müharibənin ilk günündən Azərbaycan xalqı Prezidentə, Ordumuza güclü dəstək nümayiş etdirdi. Sentyabrın 27-də xarici ölkələrdə yaşayan azərbaycanlılar bəyanat yayıblar. Qeyri-hökumət təşkilatlarınin qəbul etdikləri müraciətdə vətəndaş cəmiyyəti təsisatlarının təmsilçiləri  Ali Baş Komandanımızın və Ordumuzun yanında olduqlarını bildiriblər. Eyni zamanda,  500-dən çox QHT beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Həmin gün Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayıblar. TŞ-nin iclasındakı çıxışında cəmiyyətimizdəki yüksək həmrəyliyə diqqət çəkən dövlətimizin başçısı vurğulayıb: “Qtiyyətlə deyə bilərəm ki, - bu gün səhər mən bütün bölgələrdən, cəhbəyanı bölgələrdən məlumat almışam, - Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza, dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər”.

Tarixi Zəfərdən suverenliyin tam bərpasına doğru

Cəmi 44 gün ərzində Azərbaycan ordusu 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Müharibəni davam etdiurməyin mənasız olduğunu anlayan qarşı tərəf onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli bəyanatı imzalamaq məcburiyyətində qaldı və üzərinə müəyyən öhdəliklər götürdü. Həmin sənədə uyğun olaraq 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon - noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın bir güllə atılmadan Azərbaycana  təhvil verildi. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da Azərbaycan ərazi bütövlüyünün təmin edilməsinə hərbi-siyasi yolla nail oldu.

Məğlub Ermənistan 44 günlük müharibədə kapitulyasiyaya uğramasına baxmayaraq, üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməkdən yayınmağa çalışır və ərazilərimizdə təxminən 15 min kontingentə malik hərbi hissələrini saxlamaqda davam edirdi. Tez-tez təxribatlara əl atılırdı. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə  Azərbaycan 2023-cü il sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bu əməliyyatlar uğurla baş tutdu. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBu mövzuda digər xəbərlər:
seeBaxış sayı:144
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Sentyabr 2025 06:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see232

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see221

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see219

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see217

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see211

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see205

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see204

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see200

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see199

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see195

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see194

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see191

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see190

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see190

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see189

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see188

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see188

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see186

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see184

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri