Icma.az
close
up
RU
Sökülən binalara görə kompensasiya nə qədər olmalıdır? 1500

Sökülən binalara görə kompensasiya nə qədər olmalıdır? 1500

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda pilot layihə kimi binalar və fərdi evlərin söküntüsü zamanı əhaliyə yeni tikiləcək binadan mənzillər və ya kompensasiya təklif olunur.

BAKU.WS xəbər verir ki, vətəndaşlar istəkdən asılı olaraq daşınmaz əmlaklarına görə sökülən evləri qarşılığında kompensasiya alırlar.

Bəzən vətəndaşlara təqdim olunan kompensasiyanın həcmi böyük narazılıq doğurur. Belə ki, tikinti şirkəti ilə razılaşmayan sakinlər onlara təqdim edilən pulun az olmasını əsas gətirərək evlərini tərk etməkdən imtina edirlər.

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlıya müraciət etdik və Bakı şəhəri üzrə kompensasiyanın rəqəmlərinin real qiymətlərini öyrənməyə çalışdıq.

Ekspert BAKU.WS-ə açıqlamasında bildirdi ki, son illər Bakıda inşa olunan pilot layihələrdə vətəndaşlara əksər hallarda kompensasiya ödənişləri həyata keçirilmir: "Daha çox əvəzləşdirmə qaydasında razılıq əldə olunur. Yəni kimin ki həmin ərazidə evi var, orada bina tikilirsə, həmin şəxsə mövcud əmlakına uyğun 20 faizlik rəqəm də nəzərə alınmaqla mənzillə təmin olunması həyata keçirilir. Hesab edirəm ki, bu, doğru yanaşmadır.

Lakin istisna hallar olur və bəzi şəxslər razılaşmır, pulu götürməyə üstünlük verirlər. Bu məsələdə tikinti şirkətlərinə hansısa rəqəm təqdim olunmur ki, sakinlərə mütləq 1500 manatdan yuxarı kompensasiya verilməsin. İnvestorla mülkiyyətçi arasında razılaşdırılmalı olan rəqəmlər var. O ərazidə ki mənzil tikinti kooperativi 1 kvadrat metr təmirsiz mənzili 2500 manata satırsa, onun vətəndaşa 1500 manat təklif etməsi absurddur. Bu, mülkiyyət hüquqlarına müdaxilə və onun pozulmasıdır.

Digər tərəfdən vətəndaşlar da ədalətli davranmalıdırlar. Bəzən vətəndaşlar olur ki, evlərinin kvadrat metrinə görə 5 min manat istəyirlər. Rayonlara görə bölgü məsələsinə gəldikdə isə deyə bilərəm ki, qiymətləndirmə fərdi qaydada həyata keçirilməlidir. Əgər bir tikinti şirkəti hər hansı ərazidə evi tikirsə və onu 2 min manata bazara çıxarırsa, onun üzərinə təmir xərcini də əlavə edib bazar qiyməti müəyyən edilməlidir.

Bir məsələni deyim ki, kompensasiya məbləği cənab prezidentin fərmanı ilə tənzimlənir. Bunun əmlakın alqı-satqısına heç bir təsiri olmur. Alan tərəflə mülkiyyətçi arasında razılaşdırılan rəqəm nədirsə, onun 20 faizi həcmində kompensasiya həyata keçirilməlidir. Tutaq ki, tərəflər arasında əmlakın dəyəri 100 min razılaşdırılıbsa, onun 20 faizi həcmində kompensasiya ödənişi həyata keçirilməlidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:375
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 May 2026 02:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri