Icma.az
close
up
RU
1 ay qaldı Alan udur, satan uduzur

1 ay qaldı Alan udur, satan uduzur

Icma.az, Milli.az saytına istinadən bildirir.

Maşın bazarında durğunluq ayı başlayır. Elə bir vəziyyət yaranıb ki, qiymətlərin kəskin bahalaşmasına bir ay qalır. Bir aydan həm təzə, həm köhnə, dizel, benzin, hibrid və elektrik maşınların qiyməti artacaq. Gələn ildən maşın bazarında yeni dövr başlayır. Buna görə də, avtomobil sahibləri maşınlarını satmaq istəmir, alıcılar isə fürsəti dəyərləndirmək istəyir.

Bu artımın ilk səbəbi hibrid və elektrikli maşınlara tətbiq edilən güzəştlərin ilin sonunda başa çatmasıdır. Güzəştlərin bitməsi həmin maşınların xeyli bahalaşacağını deməyə əsas verir. İkinci səbəb isə idxal edilən avtomobillər üçün aksiz vergisinin hesablanma qaydasının dəyişməsidir. Bu dəyişiklik maşınların qiymətinə birbaşa təsir edəcək. Üçüncü və ən ciddi səbəb Çində qəbul edilən qərardır. Pekin artıq 2026-cı ildən etibarən yeni avtomobillərin ucuz qiymətlə alınıb dərhal ölkədən çıxarılmasının qarşısını alacaq. Heç bir böyük şirkət rəsmi icazə vermədən maşınların ixracına imkan tanımayacaq. Bununla da paralel idxal yolları faktiki olaraq bağlanacaq. Azərbaycana gələn yeni Çin avtomobillərinin böyük hissəsini gətirən qeyri rəsmi idxalçılar artıq bu işi əvvəlki kimi edə bilməyəcək. Əgər onlar maşın gətirmək istəsələr ya altı aydan çox sürülmüş köhnə avtomobillərlə kifayətlənməli olacaqlar ya da rəsmi icazə almağa çalışacaqlar ki bu da xərcləri daha da artıracaq.

Nəticədə bazara gələn Çin maşınlarının sayı azalacaq. Təklif azalanda qiymət artır. Bu da o deməkdir ki paralel idxal yolu ilə gətirilən ucuz maşınlar tədricən bazardan çəkiləcək. Rəsmi dilerlərin mövqeyi güclənəcək və insanlar yalnız zəmanətli avtomobillərə üstünlük verəcək. Beləliklə bahalaşma qaçılmaz olacaq.

Hazırkı durumda satıcılar gözləmə mövqeyinə keçib. Satıcılar hesab edir ki, bir aydan sonra qiymətlər kəskin qalxacaq və buna görə də indiki bazar dəyərindən aşağı satmaq istəmirlər. Alıcılar isə bilirlər ki bahalaşma qaçılmazdır və ona görə də mövcud qiymətlərlə avtomobil almağa can atırlar. Bu uyğunsuzluq bazarda vəziyyəti dəyişir və durğunluq günbəgün daha da hiss olunur. Yanvar həm avtomobil alıcıları üçün, həm də satıcılar üçün dönüş ayı olacaq. Alıcılar bu gün gördükləri qiymətləri gələn ay tapa bilməyəcəklər.

Bütün bu proseslər onu göstərir ki, maşın bazarında başlayan durğunluq qısa müddət sonra bahalaşma ilə əvəzlənəcək. Təklifin azalması, rəsmi qaydaların sərtləşməsi və paralel idxalın demək olar ki dayanması qiymətləri qaçılmaz şəkildə yüksəldəcək. Gələn ilə bir ay qalmış avtomobil alan da, satan da artıq bilir ki bazarda yeni dövr başlayır və bu dövrün əsas göstəricisi qiymət artımı olacaq.

İslam
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 Noyabr 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see398

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see388

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see341

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see324

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see309

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see250

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see248

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see248

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see244

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see224

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see217

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see215

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see211

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see205

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see205

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see202

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see201

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri