Icma.az
close
up
RU
İnsan alveri: satan, satılan, alan

İnsan alveri: satan, satılan, alan

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

30 iyul İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günü (World Day Against Trafficking in Persons) 2013-cü ildə BMT tərəfindən təsis olunub və hər il insan alverinə qarşı maarifləndirmə, insan alveri qurbanlarına dəstək və qanunsuz insan ticarəti ilə mübarizə məqsədilə qeyd olunur.

BMT, UNODC (BMT-nin Narkotiklər və Cinayətlə Mübarizə İdarəsi) və İLO (Beynəlxalq Əmək Təşkilatı) tərəfindən təqdim olunmuş hesabatlara görə, dünyada ən azı 50 milyon insan məcburi əmək və ya məcburi evlilik kimi formalarla müasir köləlik şəraitində yaşayır. Daha dəqiq ifadə etsək, dünyada 28 milyon insan məcburi əmək vasitəsi ilə, 22 milyon insan isə məcburi evlilik vasitəsilə ilə insan alveri qurbanı olub. Ümumiyyətlə, hər il 3–4 milyon yeni insan müxtəlif formalarda alverə məruz qalır. BMT-nin Narkotiklər və Cinayətlə Mübarizə İdarəsinin 2022 hesabatına görə, qeydiyyata alınan insan alveri qurbanlarının sayı 2017–2020 dövründə 11% artıb.

Qurbanların faiz nisbətinə baxsaq görərik ki, qadınlar və qızlar 65% nisbətlə siyahıda liderdir, kişilər və oğlanlar 35%-lik paya sahibdir, 18 yaşından az olan uşaqlar isə 30% təşkil edir ki, onların da üçdə ikisi yenə qızlardır. İnsan alverinin başlıca məqsədi böyük faiz nisbəti ilə cinsi istismardır - 50%. Məcburi əmək məqsədi ilə insan alverinə məruz qalanlar 38%-dir, yerdə qalan nisbət uşaq əsgərlər, orqan ticarəti, məcburi evlilik və s.-dir.

İnsan alverinin ən çox qurbanı Asiya-Sakit okean regionundadır, təqribən 15 milyon nəfər. Afrika və ərəb ölkələri də bu baxımdan yüksək risk daşıyan regionlardır. Avropa və Şimali Amerika isə həm qurbanların, həm də istismarçıların olduğu ərazilər hesab edilir. İnsan alverindən qlobal cinayət şəbəkələrinin əldə etdiyi illik gəliri təxminən 150 milyard ABŞ dolları civarı olaraq hesablanır.

İnsan alveri üçün ən riskli zonalardan biri müharibə zonalarıdır. Silahlı münaqişələr, məcburi köçkünlük, hüquqi boşluqlar və sosial çöküş nəticəsində mülki əhali - xüsusilə qadınlar və uşaqları insan alveri üçün münbit yem edir. Çünki müharibə gedən ərazilərdə insanlar evlərini tərk etmək məcburiyyətində qalır, evləri yanan, dağılan insanlar sənədsiz qalır, buna görə də məcburiyyət və zorakılıq qarşısında müdafiəsiz olurlar. Bu dövrdə dövlət nəzarəti zəifləyir, hüquq-mühafizə orqanlarının işi iflic olur, hüquqi sistemlər demək olar ki, çökür, bütün bunlar isə gedəcək heç bir yeri olmayan ümidsiz insanların ovuna çıxan alverçilər üçün sərbəst hərəkət imkanı yaradır.

Münaqişə gedən ərazilərdə uşaqların insan alverinə cəlb edilməsi və uşaq əsgər kimi istismar edilməsi halları da olduqca çoxdur. Silahlı qruplar uşaqları zorla döyüşdürür, riskli zonalarda kuryer kimi işlədir, o cümlədən cinsi istismar məqsədilə istifadə edirlər. Münaqişə zonalarından əsir götürülmüş qızlar və qadınlar satılır, qızlar zorla evləndirilir, fahişəliyə və köləliyə məcbur edilirlər.

İnsan alverinə təkan verən əsas səbəblərdən biri də insan orqanlarının alveridir. Bu müasir dövrün ən dəhşətli və gizli qalan cinayətlərindən biridir və bu cinayət növü, xüsusilə yoxsul bölgələrdə, müharibə zonalarında və hüquqi boşluqlar olan ölkələrdə ciddi təhlükə yaradır. Bu zonalarda oğurlanan insanların həyati vacib orqanları oğurlanır, satılır. Ümumdünya Səhiyyə Təşkilatı məlumatlarına görə hər il təxminən 10.000-dən çox qeyri-qanuni orqan transplantasiyası həyata keçirilir. Dünyada qanunsuz orqan bazarının illik dövriyyəsi 1 milyard ABŞ dolları ətrafında qiymətləndirilir.

Oqran ticarətinin qurbanı çox vaxt yoxsul və savadsız insanlar olur. Onlar pul qarşılığında orqanlarını satmağa razı salınırlar, bir çox hallarda oğurlandıqları üçün buna ödənişsiz razı olmaq məcburiyyətində qalırlar. Məcburi köçkünlər, qaçqınlar sənədsiz və müdafiəsiz olduqları üçün ən asan yem hesab edilirlər.

Cənub-Şərqi Asiya-Hindistan, Pakistan, Nepal “orqan turizmi” üçün əsas hədəflərdəndir. Afrika - Sudan, Nigeriya, Misir uşaqlar və mülki şəxslərin orqanlarının oğurlanması üçün “münbit” yerlərdir. Şərqi Avropa - Moldova, Ukraynada qaçqınlardan bu istiqamətdə sui-istifadə hallarına rast gəlinir. Latın Amerikası -Braziliya, Kolumbiya isə cinayət şəbəkələrinin daim aktiv olduğu və orqan alverinin gur olduğu ərazilərdir.

İnsan alverinin qarşısının alınması üçün 2000-ci ildə imazalanmış Palermo Konvensiyası Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı BMT Konvensiyası ilk beynəlxalq müqavilədir. Palermo Konvensiyasının 3 vacib protokolu var-İnsan Alverinə qarşı Protokol, Silah qaçaqmalçılığına qarşı Protokol, Miqrantların qaçaq yollarla daşınmasına qarşı Protokol. 190-dan çox ölkə, o cümlədən Azərbaycan 2000-ci ildən etibarən konvensiyaya qoşulub və öz daxili qanunvericiliyini uyğunlaşdırıb.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 İyul 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see588

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see362

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see361

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see332

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see296

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see274

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see246

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see219

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see207

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see199

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see197

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see195

Ukraynanın məqsədi Rusiya ordusunun yanacaq təminatını çətinləsdirməkdir

07 İyul 2026 08:52see191

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see186

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see185

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see180

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see177

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

07 İyul 2026 23:57see175

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

08 İyul 2026 02:23see166

“Mirzə Əsgərov bizim üçün əziz dost, dəyərli ziyalı və nümunəvi vətəndaş idi” VÜQAR RƏHİMZADƏ

07 İyul 2026 16:50see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri