Icma.az
close
up
RU
Satan da, alan da məmnundur

Satan da, alan da məmnundur

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

“Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda həftəsonları təşkil olunacaq “Mövsüm Yarmarkası”ndan reportaj

Sonuncu dəfə yarmarkadan reportajı təxminən iki ay  əvvəl hazırlamışdım. Elə bu ünvanda bal yarmarkası təşkil olunmuşdu. Bu dəfəki-noyabrın 28-dən etibarən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda həftəsonları “Mövsüm Yarmarkası”nın ünvanı da eynidir-Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5. Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır.

Yarmarkada 30-a yaxın regiondan 55-ə yaxın fermer 120-ə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirirlər. Burada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Belə ki, məhsulların keyfiyyəti ilə bağlı hər hansı sualı yaranan vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsuldan analiz verməsi də mümkündür. Qeyd edək ki, “Mövsüm Yarmarkası”-nda fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunublar.

Təşkil olunmuş kənd təsərrüfatı yarmarkasına əslində reportajdan daha çox, bazar qeydləri, yaxud bazar təəssüratları da demək olar. 

Səhər  saatlarıdır. Yarmarkadayıq. Alıcılar hər yandan yarmarkaya doğru irəliləyir. Yarmarkada hər kəs öz işindədir. Ən çox alıcılarla satıcıların dialoqu diqqəti cəlb edir. Alacaqları məhsulun qiymətini aşağı salmağa çalışırlar. Satıcılar isə həmişə eşitdiyimiz ənənəvi üsullarını işə salıblar - “ əgər bazarda bundan ucuz mal tapsan, gətir özüm alacam. Üstəlik də sənə nə qədər desən pay da verəcəm”.

Bu arada ətrafa göz gəzdirirəm. Yarmarkada ilk baxışdan canlanma, bolluq və qızğın alış-veriş gözə çarpır, piştaxtalarda çeşidlərin müxtəlifliyi də hiss olunur. Alıcılara tərəvəzlərdən kartof, soğan, pomidor, xiyar, kələm, yerkökü, çuğundur, meyvələrdən naringi, alma, armud, heyva, nar, həmçinin ağartı və s. kənd nemətləri təklif edilir.

Bundan əlavə yarmarkada satıcı-alıcı münasibətlərində də fəallıq müşahidə olunur. Satıcılar bildirirlər  ki, yarmarkaların təşkili sahibkarlar üçün satış imkanlarını artırır və onların məhsullarını daha geniş auditoriyaya çatdırılmasına şərait yaradır.

Alıcılar isə yarmarkada məhsulların təravətli, qiymətlərin isə münasib olduğunu vurğuladılar. Onların fikrincə, bu cür yarmarkalar keyfiyyətli məhsul əldə etməyə imkan yaradır.

Paytaxt sakinləri yarmarkadakı məhsulların təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-30 faiz ucuz qiymətə olmasından razılıq edirlər.

Balakənli fermer Sara Həsənova üçüncü dəfədir ki, yarmarkada iştirak edir. Rayonla müqayisədə paytaxtda alıcılıq qabiliyyəti çox yüksəkdir söyləyən fermer söhbət zamanı qeyd edir ki, rayonda böyük təsərrüfat sahibidir. 2 hektar fındıq bağı, 83 pətək arı ailəsi vardır. Həmçinin alma, heyva bağları da  ailənin dolanışıq yerləridir. Yarmarkaya müxtəlif kənd təsərrüfatı malları-alma, əzgil, yemişan, qoz-fındıq, lobya, bal və digər məhsullar gətirib. Satışından və yaradılan şəraitdən çox razıdır.

Arzu Xəlilov isə Xaçmazın Nərəcan kəndində uzun illərdir ki, fermerliklə məşğuldur. Bugünkü yarmarkaya da barlı-bağatlı, bərəkətli torpağının məhsullarını çıxardıb. Ümumilikdə 2 tondan artıq satışa məhsul gətirib. Qiymətləri də digər satış yerlərindən olduqca aşağıdır. Evdə hazırladığı gül suyu və alma sirkəsinin isə daimi müştəriləri vardı. Beşinci dəfədir ki, yarmarkada iştirakı gəlməmişdən öncə müştərilərinin sifarişini də nəzərə alaraq istədiklərini yerinə yertirib., yara    mmə,  

Ağdaşlı fermer Eldəniz Əhmədov isə təkcə müştərilərinə düyü təklif edir. 500 kiloqram gətirdiyi düyüdən çox az miqdarda qaldığını və hər zaman yerli məhsula ehtiyac olduğunu bildirir. “İki növ-uzun və yumru düyü süfrələrin bəzəyidir”-deyən fermer müştərisi ilə yerindəcə razılaşıb 30 kiloqram düyünü təşkil olunacaq xeyir iş üçün məclisə satır.     

Alıcı, paytaxt sakini Qaroğlan Abdullayev həyat yoldaşı ilə yarmarkaya gəlib:  “Həddindən artıq razıyıq. Qiymətlər ucuzdur, gəlməyə dəyər. Yenə nə zaman təşkil olunarsa,  gələcəm. Bu cür yarmarkaların təşkilinə görə dövlətimizə təşəkkür  edirik. Belə əlverişli və rahat satış bazarı yaradıblar. Vətəndaşlar üçün çox böyük köməkdir. Çünki burada təbii məhsullar gətirib satırlar. Yarmarka ildə bir neçə dəfə təşkil olunur. Bazarda, yaxud da evimizin ətrafında iri marketlərdə satılan ərzaqlarla müqayisədə qiymətlər aşağıdır”.  

Onu da qeyd edək ki, digər satış obyektləri ilə müqayisədə  alıcılara məhsulu daha ucuz və sərfəli qiymətə təklif edən yarmarkaların təşkili həm fermerlərin, həm də alıcıların ürəyincə idi. Necə deyərlər, satan da, alan da  məmnundur. Elə biz də qiymətləri nəzərə alıb alış-verişimizi edib, satıcılara “bazar olsun” söyləyib yarmarkanı tərk edirik.    

Müşfiq MİRZƏ

Rauf İbrahimov (foto)                                                                                               

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Noyabr 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see454

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see407

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see254

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see240

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see236

Prezidentin Naxçıvana səfərinin tarixi siyasi əhəmiyyəti və mədəni irsə töhfəsi ŞƏRH

17 Avqust 2026 09:22see220

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see219

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see199

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see195

Generallar Abbasəli Novruzovun dəfn mərasimində Foto KONKRET

17 Avqust 2026 10:11see192

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see179

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see176

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see173

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see172

Trampdan İranla bağlı şok etiraf: “Məqsədimiz…”

17 Avqust 2026 12:28see164

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see159

Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu

17 Avqust 2026 02:02see155

“Motorola” 7000 mAh batareyalı yeni smartfonunu təqdim etdi

17 Avqust 2026 04:42see155

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see150

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri