Icma.az
close
up
RU
1 manata ayaqqabı, 20 qəpiyə qab... “Bit bazarı”ndan REPORTAJ

1 manata ayaqqabı, 20 qəpiyə qab... “Bit bazarı”ndan REPORTAJ

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qiymətlərin ucuzluğu ilə seçilən bazarlardan biri də Sabunçu ərazisində yerləşən və xalq arasında daha çox “bit bazarı” kimi tanınan məkandır. Zaman-zaman bu bazar “rus bazarı”, “cındır bazarı” adları ilə də yadda qalıb.

Amma adı dəyişsə də, mahiyyəti dəyişməyib – burada hər şey ucuzdur. Hətta bazarın dəqiq harada yerləşdiyini bilməyənlər belə, hamı bir məsələni yaxşı bilir: bu bazarda qiymətlər həddindən artıq münasibdir. Çünki satılan əşyaların əksəriyyəti ikinci, üçüncü, bəzən isə dördüncü "əl" olur.

Bazarın hazırkı vəziyyəti ilə yaxından tanış olmaq üçün Musavat.com-un əməkdaşı olaraq həmin ünvana yollandıq. Havanın yağışlı, həftənin ara günü olması səbəbindən piştaxtaların böyük əksəriyyəti bağlı idi. Buna baxmayaraq, açıq olan yerlərdə həyat öz axarı ilə davam edirdi...

Adının çəkilməsini istəməyən orta yaşlı qadın satıcı deyir ki, illərdir bu bazarda çalışır və qazancından şikayəti yoxdur: “Allah verəndən qazanırıq. Sən şənbə-bazar gəl, onda görəcəksən burda necə canlanma olur. Alan da çox olur, satan da. Kimlər bazarlıq edir burada… Amma yağışlı havada gəlmə”, – deyə gülümsəyir.

Digər satıcı da onun sözlərini təsdiqləyir: “Şənbə-bazar gəl, elə şəkillər çəkəcəksən ki, paylaşsan "partladar’”, – deyə zarafatla əlavə edir.

Satıcılardan birindən gül qablarının qiymətini soruşuram. Ən böyüyü 26 manatdır: “Başqa bazarlarda bunları 30 manata satırlar. Sizdən, yəni jurnalistlərdən kimsə gəlib alsa, endirim də edərəm”.

Ayaqqabıların qiyməti isə lap təəccüblüdür. İstənilən köhnə ayaqqabı cəmi 1 manata satılır. Köhnə nəlbəki, kiçik mətbəx qabları, qənd qabları isə 20 qəpiyədir – demək olar ki, su qiymətinə.

Termosların qiymətini soruşuram: “1 manat”, – deyir satıcı. Təbii ki, təəccüblənirəm. Məlum olur ki, bu termosların içi yoxdur: “Bəzən termosun üst hissəsi qırılır, amma içi salamat qalır. O zaman alıcılar buradan içi olmayan termosu alıb, salamat hissəni ona taxırlar”.

Bazarda bəzi əşyalar hissə-hissə də satılır. Məsələn, tozsoranın yalnız başlıq hissəsini almaq mümkündür. Qiyməti 5 manatdır. Sac qabının qapağı 13 manata, alt hissəsi isə 35 manata satılır. Hər ikisini birlikdə alsan, 45 manata başa gəlir.

Boş bankalar 20 qəpiyə təklif olunur. Köhnə çıraqlar, nimdaş döşəklər, yorğanlar, ayaqqabılar yağışın altında qalsa da, alıcısı var. Soruşuram ki, bu vəziyyətdə alan olurmu? “Əlbəttə olur. O qədər kasıb insan var ki… Nədir ki, 1 manat verib geyinir”, – satıcı cavab verir.

Uşaq oyuncaqları isə 50 qəpikdən başlayır. Satışda kuryer çantaları, çamodanlar və müxtəlif xırda məişət əşyaları da var.

Xırda məişət əşyaları satılan piştaxtalara yaxınlaşanda satıcı qadın soruşur: “Alıcısan, yoxsa satıcı?” Jurnalist olduğumu deyəndə gülümsəyir: “Yağışlı havada gəlmisən, heç nə çəkə bilməyəcəksən”...

İllərdir bazarda çalışan Mahmud dayı deyir ki, bura təkcə kasıb adamlar yox, digər bazarlardan alverçilər də üz tutur: “Buradan toyuq-cücə alıb aparırlar ‘"Vosmoy bazarı"nda, başqa yerlərdə satırlar”, – deyə izah edir və həvəslə qiymətləri sadalayır.

“Toyuqlar 14–16 manatadır, dovşanların böyüyü 8–10, balaları 5–6 manatdır. Göyərçinlər 5 manat, ördəklər isə 15 manatdan 35 manata qədərdir. Qiymətlər çox münasibdir, yaxşı alıcı olanda endirim də edirik”.

Yağışlı hava səbəbindən alıcı gözə az dəyir. Buna baxmayaraq, bir alıcı ilə söhbətləşirik. Deyir ki, əsasən toyuq almaq üçün bu bazara gəlir: “Bir neçə dəfə buradan toyuq almışam, həm keyfiyyətli çıxıb, həm də qiyməti xeyli ucuzdur. Təkcə toyuq üçün yox, bəzən məişət əşyaları – məsələn, ləyən, köhnə istehsal qazanlar üçün də gəlmişəm. Doğrudur, köhnə qazanlar elə də ucuz deyil, amma indiki qazanlardan qat-qat yaxşıdır. Yaxşıca yuyub təmizləyirəm, sonra da istifadə edirəm”.

Bazarda piştaxtaların əksəriyyəti bağlı olsa da, usta Tariyel iş başında idi. Yaxınlaşıb samovarların qiymətini soruşuram: “Yox, bunlar satlıq deyil. Gətirirlər, mən də bərpa edirəm”, – deyə cavab verir.

/Musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Yanvar 2026 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see438

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see273

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see203

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see184

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see182

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see180

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see175

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see172

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see156

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see154

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see152

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see151

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see146

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see144

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see141

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see139

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri