Icma.az
close
up
RU
Dörd manatı özünə qıymayan ata, qışqırıq səsləri “Bit bazarı”ndan REPORTAJ

Dörd manatı özünə qıymayan ata, qışqırıq səsləri “Bit bazarı”ndan REPORTAJ

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

İnsan bir əşya almağa gedəndə təbii ki, cibinə də, zövqünə də uyğun olan yeri axtarır. Kimi keyfiyyətə üstünlük verir, kimi qiymətə. Bakıdakı bir məkanda isə istədiyin əşyanı ən ucuz qiymətə tapmaq mümkündür. Bura şəhərin mərkəzindən kənarda -  Sabunçu rayonunda yerləşən məşhur “bit bazarı”dır.

“Yeni Sabah”ın əməkdaşı bazara baş çəkib, qiymətlərlə maraqlanıb, satıcılarla söhbətləşib. “Bit bazarı”ndan reportajı təqdim edirik.

Üçüncü, dördüncü əl məhsullar pizza hut

Bu bazar el arasında “rus bazarı”, bəzən də “cındır bazarı” kimi də tanınır. Adı kimi özü də bir az qarışıq, bir az da qəribə yerdir. Burada satılan malların çoxu ikinci, bəzən isə üçüncü, dördüncü əl məhsullardır. Amma qəribəsi budur ki, insanlar yenə də gəlir. Çünki ucuzluq hər şeyin önünə keçir.

“Bit bazarı”na ilk dəfə gələnlər adətən bir anlıq donub qalır. XXI əsrin ortasında, paytaxt Bakıda belə mənzərə ilə qarşılaşmaq insanda təəccüb yaradır. Ətrafda qarışıq qoxular dolaşır - torpaq, köhnə paltar, paslanmış dəmir... Cırıq paltarların, paslı qabların, solmuş oyuncaqların arasında dolaşanda elə bir hiss yaranır ki, sanki ya orta əsrlərə düşmüsən, ya da hansısa uzaq, kasıb ölkənin küçələrində gəzirsən.

Kiminin yanında köhnə, çirkli geyimlər, kimində bir neçə köhnə məişət texnikası. Demək olar ki, hər yanından ötdüyüm satıcı “al, ucuzdu!” deyə səslənir. Üzlərdəki ifadələr isə oxşardır, yorğun, bir az da kədərli…

“İlahi, bunu da satırlar?”

Düzü, bazara ilk addımını atanda əvvəlcə nəyin haradan başladığını anlamaq çətin olur, hər tərəf  qarışıqlıq, xaos içində. Amma bir az diqqətlə baxanda görürsən ki, burada ağlına gələ biləcək hər şey satılır.

Köhnə paltarlar, cırıq ayaqqabılar, çoxdan ömrünü başa vurmuş məişət texnikaları, pas bağlamış qayçılar, çaydan qapaqları, illərin içində unudulmuş ətçəkən maşınların detalları… Hər biri bir zamanlar kiminsə evində yer tutub, indi isə toz içində alıcısını gözləyir.

Bir piştaxtada köhnə qab-qacaq, o birisində isə istifadəyə tam yararsız, işlənmiş elektron siqaretlər düzülmüşdü. Onları görəndə özümü “İlahi, bunu da satırlar?” deməkdən güclə saxladım. Düzünü desəm, ən çox bu təəccübləndirdi məni. Çünki həm tibbi baxımdan doğru deyil, həm də məntiqli görünmür. Axı buna insan niyə pul versin? Amma burada heç kim heç nəyə təəccüblənmir. Elə bil bu bazarda hər şeyin dəyəri var, hətta çoxdan dəyərini itirmiş əşyaların da.

Bu kolbasaları yeyənlər də var

Bazarda gəzərkən diqqətimi bir başqa mənzərə də çəkdi: antisanitar şəraitdə satılan, mənşəyi məlum olmayan ət və ət məhsulları. Qoxu uzaqdan hiss olunurdu, yanından keçəndə isə adamın burnuna kəskin bir iy dolurdu. Qutulara yığıb elə yerdəcə qoymuşdular, günəşin altında saralır, rəngi dəyişmişdi.

Kolbasalar, bişmiş ət parçasına bənzəyən məhsullar, hətta hansı heyvana aid olduğu bilinməyən sosiskalar… Hər biri 3-5 manat arası qiymətə təklif olunurdu. Ən acınacaqlısı isə yerdəki məhsulların alıcısız qalmaması idi, gələn-keçən yenə də baxır, bəziləri tərəddüd etmədən alırdı.

Burada nə nəzarət var idi, nə də sanitar qaydalardan əsər. Amma ehtiyac bəzən insanı qoxusundan belə qorxmadığı şeyləri almağa məcbur edir. “Bit bazarı”nda bu mənzərə bir daha göstərir ki, burada sözün əsl mənasında hər şey satılır, hətta sağlamlıq bahasına belə.

Bunlar isə ucuz deyil

Bu qədər köhnə, cır-cındır içində gəzərkən birdən-birə qarşıma başqa mənzərə çıxır. Bəzəkli piştaxtalarda antikvar əşyalar düzülüb. Tozun, pasın, sönmüş ümidlərin arasında bu parlayan metal fiqurlar, köhnə gümüş rəngli şamdanlar bir az yad görünür. Amma baxmağa dəyər.

Ən maraqlısı da elə bu piştaxtalardı. Satıcıların dediyinə görə, bunlar “tarixdir”. Kiçik bir heykəlciyin qiyməti 40 manatdan başlayır, şamdanlar isə 100-150 manat aralığında satılır. Qiymətləri eşidəndə təəccüblənirəm, çünki eyni bazarda bir başqası köhnə paltarı 2 manata satır.

Satıcıya yaxınlaşıb soruşuram:

- Niyə bu qədər bahadır?

Gülümsəyib deyir:

- Qızım, bu heykəlin yaşı 200 ildən çoxdur, qədim alman istehsalıdı.

Bu sözlərə inanımmı? Düzü, bilmirəm. Çünki bu bazarda hər şey mümkündür…

Bir az irəlidə başqa  piştaxtada sovet dövründən qalan medallar, “Oktabryat” nişanları düzülüb. Onların da qiyməti az deyil,  20 manatdan başlayır. Kimin üçünsə bu metal parçası nostaljidir, kiminsə üçünsə sadəcə qazanc yeri.

Özünə 4 manatı qıymayan ata

Bazarda gəzərkən ürəksızladan bir səhnənin də şahidi oldum. Ətrafdakı gurultu, alver səsləri, satıcıların qışqırığı bir anlığa susdu elə bil. Qarşımda 40-45 yaşlarında bir kişi dayanmışdı, yanında da 7-8 yaşlarında oğlan uşağı. Uşaq baxışları ilə atasına sığınıb, sakit-sakit ətrafı süzürdü.

Kişi yaşlı qadın satıcının yanına yaxınlaşdı, paltarları bir-bir gözdən keçirməyə başladı. Qadın nimdaş, amma təmiz bir pencəyi uzatdı:

- Bax, bu sənə yaraşar

Kişi pencəyi geyindi. Qadın gülümsədi:

- Əla “oturdu”, elə bil sənin üçün tikiblər. 4 manatadır.

Amma kişi gözlərini dərhal yanındakı oğluna yönəldi və sakit səslə dedi:

-  Mən, əslində, uşağa görə gəlmişəm... Onun əyninə olası köynəyin, pencəyin varmı?

Boğazım  düyünləndi. 4 manatlıq pencəyi belə özünə qıymayan ata... Bu bazarda insan ləyaqətinin, ata mərhəmətinin ən təmiz halını gördüm.

Bazarın ən maraqlı yeri

Tozlu yolları, paslı dəmir parçalarını, cırıq paltar yığınlarını arxada qoyub bazarın çıxışına yaxınlaşanda havadakı qoxu dəyişir, bu dəfə yerini üfunət qoxusu tutur.

Burada hər növ quş və heyvan satılır: toyuqlar, ördəklər, qazlar, hinduşkalar, tutuquşular, dovşanlar və göyərçinlər. Hər tərəfdən cıqqıltılar, qırıq-qırıq cəh-cəhlər eşidilir. Quşların qiymətləri də özləri kimi bir-birindən fərqlidir, toyuq 10 manata, ördək 12 manata satılır. Qəfəsdə cəh-cəh vuran bülbüllər, rəngbərəng tutuquşular isə 30-40 manata təklif olunur. Göyərçinlər arasında elələri var ki, qiyməti 10 manatdan başlayır, 70 manata qədər yüksəlir.

Bir qəfəsdə yumruq boyda balaca cücələr var idi, biri 4 manat. Yanımda dayanan yaşlı bir qadın cücələrə diqqətlə baxdığımı görüb gülümsəyərək dedi: “Belə balaca cücələr alma ha, onlara baxmaq çətindir, tez ölürlər”.

Bülbüllər isə doğrudan da gözəl idi. Qəfəsin içində elə cəh-cəh vururdular ki, bir anlıq elə bildim bazarın səsi, tozu, kədəri hamısı yoxa çıxdı, təkcə o bülbül səsi qaldı. Bazarın ən xoş, ən canlı yeri məhz bura idi, sanki bütün o kasıblığın içində kiçicik ümid təkcə bu qəfəslərdə yaşayırdı.

Günəşlə birlikdə batan ümüdlər

Nə qədər toz, üfunət, bəzilərinə dəhşətli görünəcək mənzərələr olsa da, “bit bazarı”nın müştərisi daim var. Hər həftəsonu kimi bura ümidlə gəlir, kiminin məcburiyyətdən yolu düşür. Kimisi cibinə görə alış-veriş edir, kimisi isə sadəcə baxmaqla kifayətlənir. Bir neçə satıcı ilə söhbətləşdikdə görürsən ki, burada heç kim alverin zəifliyindən gileylənmir. Sanki hər kəs öz payına düşənlə barışıb.

Artıq günortadır. Günəş paslı dəmirlərin, tozlu piştaxtaların üstündə əyilir. Satıcılar yavaş-yavaş yığışmağa başlayır, köhnə paltarları yenidən torbalara doldururlar…

Gün “bit bazarı” üçün yenə də eyni cür bitir: Səssiz.

Bəlkə də buraya üz tutan hər kəsin xüsusi bir səbəbi yoxdur. Kimisi almağa, kimisi satmağa, kimisi də sadəcə baxmağa gəlir. Amma hər bir halda, gedib görməyə dəyər. Nə isə almaq vacib deyil, insanların gündəlik həyatına, onların seçimlərinə və buradakı canlılığa şahid olmağın özü də maraqlıdır.

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:614
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 Oktyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri