Icma.az
close
up
RU
1 nömrəli uşaq evindən inanılmaz məlumatlar:”Müəllimlər təhqir və təhdid etdi, direktor Nərminə Zöhrabova isə çıxarıb çölə atdı” Yeni Gündəm

1 nömrəli uşaq evindən inanılmaz məlumatlar:”Müəllimlər təhqir və təhdid etdi, direktor Nərminə Zöhrabova isə çıxarıb çölə atdı” Yeni Gündəm

Icma.az, Yenigundem saytına istinadən bildirir.

“Sığınacaq üçün deputat Könül Nurullayevaya müraciət etdim, mənə bir bəy tapıb, ailə qurmağımı məsləhət bildi…”
2010-cu ildə valideynləri tərəfindən 3 uşaq Nizami rayonundan yerləşən 1 saylı uşaq evinə verilib. Həmin gündən bir çox kimsəsizlər kimi, bu uşaqların da qara günləri başlayıb. Valideyn himayəsindən məhrum olmaları bir yana, onlar üstəlik də uşaq evinin müəllimləri tərəfindən təhqir və təhdidlərə məruz qalıb.
Yenixeber.org: Adının açıqlanmasını istəməyən xanım deyir ki, hələ də burada gördüklərinin, eşitdiklərinin, o cümlədən də direktorun və müəllimlərin hədə-qorxusunun təsirindədir. Amma bacısı hələ də orda olduğundan, başlarına gələnləri tam danışmaqdan çəkinir. Xanımın əməkdaşımıza verdiyi açıqlamaları olduğu kimi dərc edirik:
“Biz, 3 uşaq çox əziyyət çəkmişik. Hazırda mənim 20, bacımın isə 18 yaşı var. Bildiyimə görə, qardaşım əsgərlikdədir. Amma harada olduğu, necə olduğu haqqında ətraflı məlumatım yoxdur. Sığınacağım, bacımı və qardaşımı yanıma alacağım bir komam belə, yoxdur. Məni uşaq evinin rəhbəri Nərminə Zöhrabova çıxarıb çölə atdı ki, böyük qızsan, get işlə, harada da qalırsan qal, burada səni və sənin yaşında olanları saxlaya bilmərik. Halbuki, orada hazırda təhsil alan mənimlə yaşıd bir nəfər saxlanılır. Həmin şəxsin ata-anası da var. Amma hansı səbəbə görə olduğunu bilmirəm, onu indi də orada saxlayır.
Buradan sizin qəzet vasitəsilə valideynlərə yalvarıram, baxa bilməyəcəyiniz uşaqları dünyaya gətirməyin. Bunun əziyyətini biz çəkirik. Əlimizdə oyuncaq olmalı olduğu halda biz uşaq evində soyuq suda yağlı qabları yumağa məcbur edilmiş, yuya bilməyəndə isə çubuqla heydən düşənə qədər döyülmüşük. Siz valideynlər bunu bilməssiniz. Çünki uşağı dünyaya gətirsəniz də, o uşağın gələcəyini düşünmürsünüz.
Sizə 2010-cu ildən başımıza gələnlərdən danışım. Həyat nədir, çətinlik nədir, uşaq evində tanış oldum. Uşaq idik, başqaları kimi biz də nadinclik edib oynamaq, səs-küy salıb qışqırmaq, uşaqlığımızı yaşamaq istəmişik. Amma uşaq evinə qoyulan gündən bunların hamısı əlimizdən alınıb. Mən o zülmləri görmüş bir uşaq kimi təklif edirəm ki, uşaq evlərinə direktor və müəllimlərin bilmədikləri yerə səsli kameralar quraşdırılsın. O zaman müəllim heyətinin əsl üzünü görə bilərsiniz.
Maşınlarda təzə çörək, ərzaqlar gətirilirdi. Lakin biz orada olduğumuz müddətdə bir dəfə də təzə çörək yeməmişik. Quru və kifli çörəklər verilirdi. Yedimiz ancaq borş və “qreçka” olub. Öz gözümüzlə görürdük ki, şirniyyatlar da gəlir. Hər birimizin ürəyi istəyirdi, amma vermirdilər. Müəllimlər və direktor evə gedəndə neçə-neşə paketləri özüləri ilə aparırdılar.
Birinci xanım Mehriban Əliyeva və qızı Leyla Əliyeva uşaq evinə gələndə bizə deyirdilər ki, tərifləməsən, ağzından nəsə çıxsa, axşam bilirik nə edəcəyik. Qorxumuzdan heç nə deyə bilmirdik. Dəfələrlə Leyla xanımın yanına yığılıb nəsə demək istəmişik, amma dərhal müəllimələr müdaxilə ediblər, imkan verməyiblər. Özümüzdə də qorxu var idi, axşam nələr edə bilərlər deyə fikirləşirdik.
Uşaq vaxtı müəllimlərdən biri başımı armatur qırığı ilə vurub yaralamışdı. Direktora isə “yıxılıb” dedilər. Amma direktor da yaxşı bilirdi ki, müəllimələr bizə işgəncə verir. Döyülən zaman onlara müqavimət göstərdikdə isə bizdən böyük uşaqlara tapşırırdılar ki, onu möhkəm döyün. Onlar da bizi döyürdülər. Bizi döyən uşaqlarla bizim aramızda fərq var idi. Onları müəllim heç vaxt döymürdü.
18 yaşım tamam olmuşdu. Nərminə xanım məni və bir neçə uşağı tək-tək orağına dəvət edərək, bir çox sənədlərə qol çəkdirdi. Səhəri gün bizə dedilər ki, siz öz razılığınızla buradan çıxıb gedirsiniz, burada sizə yer yoxdur. Deyəndə k, getmirik, bizə qol çəkdiyimiz sənədləri göstərdilər. Bundan sonra məni və bir neçə nəfəri qovub çölə çıxardılar. Çöllərdə qaldıq, günlərlə əziyyət çəkdik. Daha sonra bir neçə nəfər yığılıb, ev tutduq. Bacıma isə tapşırdım ki, qəti heç bir sənədə qol çəkmə. Çünki onun çöllərdə qalmağı mənim üçün daha da fəlakət olardı.
Oradan çıxan qızlardan biri hazırda 19 yaşında ana olub, yoldaşı isə yanında yoxdur. Başqa tanıdığım Əfsanə adlı qız isə “Neftçilər” metrostansiyası yaxınlığında dilənib, narkotik üçün pul yığır.
Uşaq evində çox pis hadisələrin şahidi olmuşam. Orada uşaqların dünya görüşlərini inkişaf etdirmirlər. Bizə əşya kimi baxırlar, gələcəyimizi düşünmürlər, şəxsiyyət kimi yanaşmırlar. Təhqir edib, bizi alçaldırlar.
Biz uşaq evində ət üzü görmürdük. Ətlər bükülüb paketlərdə müəllimlərin evlərinə gedirdi. Sanki o müəllimlələr aclıqdan çıxıb.
Prezidentin qərarına əsasən uşaq evindən çıxan uşaqlara ev verilməlidir. Ona da mane olurlar. Sənədlərimizi nazirliyə göndərməyimizə mane yaradırlar. Deyirlər ki, öz ana-atanız yiyə durmayıb, dövlət sizə niyə ev verməlidir?!
Məsələ ilə bağlı deputat Könül Nurullayeva və köməkçi Sabit bəylə görüşdüm ki, ev almağıma köməklik etsin. Dedim ki, ev ala bilməsəm də, heç olmasa müvəqqəti yaşamaq üçün bir yer versinlər. Könül xanım mənə bir bəy tapmağımı, ailə qurmağımı məsləhət bildi. Bir də dediki, Milli Məclisə məktub yaz göndər. Onun dediyini də etdim. Amma mənə heç bir yol göstərmədilər.
Mən səlahiyyətli qurumlardan xahiş edirəm, uşaq evlərini güclü nəzarətdə saxlasınlar. Mənim kimi bir çox uşaqların da çöllərə atılmağına imkan verməyin. Bizim tufeyli həyat yaşamağımıza səbəb olanları cəzalandırın”.(siamaz.com)
Jalə FAMİLQIZI
P.S. 1 nömrəli uşaq evinin rəhbəri Nərminə Zövrabova ilə əlaqə saxlamaq mümkün olmadı. Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 06 Fevral 2025 04:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri