Icma.az
close
up
RU
“Temu” Azərbaycan bazarından “çıxarılır”?

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda “Temu” onlayn alış-veriş platformasında satışa çıxarılan bəzi məhsullar ictimai narazılığa səbəb olub.

Azərbaycan xalqı üçün xüsusi mənəvi və tarixi əhəmiyyət daşıyan 8 Noyabr - Zəfər Günü və Zəfər abidəsinə aid simvolların hamam aksesuarları, corablar və unitaz üçün ayaqaltılar üzərində təsvir edilməsi cəmiyyətdə milli dəyərlərə hörmətsizlik kimi qiymətləndirilir.

Sosial şəbəkələrdə geniş müzakirələrə yol açan məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi tələb olunur.

Maraqlıdır, buna qarşı hansı hüquqi addımlar atıla bilər?

Məsələ ilə bağlı “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, sözügedən platformanın Azərbaycanda rəsmi nümayəndəliyi olmadığı təqdirdə hər hansı hüquqi tədbir görmək olduqca çətin olacaq.

Onun sözlərinə görə, şirkətin yerləşdiyi ölkəyə müraciət edilməsinin real nəticə verməsi ehtimalı azdır:

"Onların burada nümayəndəliyi yoxdursa, tədbir görmək çətin olacaq. Onların yerləşdiyi ölkəyə bunu yazmağın faydası olmayacaq. Bu halda yeganə effektiv yol platformanın ölkə ərazisində bloklanması ola bilər. 

Belə ki, bloklama tətbiq edildiyi təqdirdə, şirkət nə öz məhsullarını Azərbaycanda sata, nə də reklam fəaliyyəti göstərə bilər. Yeganə yolu bunu görürəm". 

Sahib Məmmədov əlavə edib ki, əgər platformanın ölkəmizdə rəsmi nümayəndəliyi olsaydı, onlara qarşı hüquqi tələblər irəli sürmək mümkün olardı:

"Lakin bu da ciddi nəticə verməyə bilər. Çünki o platforma qlobal şəbəkədir və reklam siyasəti bütün ölkələr üçün eyni prinsiplə həyata keçirilir. Mövcud vəziyyətdə ən real və təsirli addım məhz bloklama mexanizmidir". 

Əfsanə Rəcəb
"Csbheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:621
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Yanvar 2026 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see306

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see271

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see249

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see238

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see237

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see228

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see226

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see222

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see215

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see211

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see211

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see209

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see202

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see200

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see198

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see195

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see184

Vens: ABŞ ın səylərinin böyük hissəsi gəmilərin boğazdan sərbəst keçidinin təmin edilməsinə yönəlib

01 Sentyabr 2026 05:02see182

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see179

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri