Icma.az
close
up
RU
“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

Icma.az, Sherg.az saytına istinadən bildirir.

"Reallıqda Azərbaycanda bank hesabı olan vətəndaşların payı 56% yox, 90%-dən yuxarıdır”

Dünya Bankı 2025-cü ilin Global Findex hesabatını açıqlayıb. Hesabatın məqsədi ölkələr üzrə əhalinin maliyyə və rəqəmsal xidmətlərə çıxış səviyyəsini və bu xidmətlərdən istifadə davranışını ölçmək və müqayisə etməkdir. Hesabat 2024-cü ildə 141 ölkədə aparılmış sorğulara əsaslanır. Hər ölkə üzrə təxminən 1000 respondent iştirak edib. Azərbaycanda da müxtəlif ərazilərdə (Şərqi Zəngəzur və Naxçıvan əraziləri xaric) 1000 nəfər arasında üzbəüz sorğu aparılıb. 

Hesabata əsasən, Azərbaycanda rəyi soruşulanların 56%-i bank hesablarını olduğunu qeyd edib. Halbuki qonşu Gürcüstan və Ermənistanda analoji göstərici uyğun olaraq 79% və 71%-ə bərabərdir.

Sorğudan məlum olur ki, Azərbaycanda sorğu iştirakçılarının 17%-i vəsaitlərini banklarda saxlayır, 22%-i isə banklardan kredit götürür. Gürcüstanda respondentlərin 19%-i pulunu banklara etibar etdiyini, 24%-i banklardan borc aldığını bildirib. Ermənistanda bu göstərici müvafiq olaraq 11% və 23%-dir. 

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə "Sherg.az" a açıqlamasında Dünya Bankının 2025-ci il Global Findex hesabatında Azərbaycana dair açıqlanan göstəricilərlə razılaşmadığını bildirib. Onun fikrincə, bu cür məsələlərin rəy sorğuları əsasında ölçülməsi metodoloji baxımdan problemlidir və daha çox respondentlərin maliyyə savadlılığı səviyyəsini əks etdirir. Ə.Həsənov qeyd edib ki, Azərbaycanda yetkin əhalinin böyük əksəriyyətinin bank hesabı mövcuddur:

“Ən azı maaş kartı, pensiya və sosial ödənişlər üçün bank kartı olan vətəndaşların sayı çox yüksəkdir. Hətta rəsmi işləməyən şəxslər belə debet kartlardan istifadə edirlər ki, alış-veriş zamanı ƏDV-nin bir hissəsini geri ala bilsinlər. Bu isə faktiki olaraq bank hesabının mövcudluğunu göstərir”.

Ekspertin sözlərinə görə, əsas məsələ bank hesabının olub-olmaması yox, həmin hesabdan aktiv istifadə dərəcəsidir:“İnsanların bank kartından yalnız maaş və ya pensiya almaq üçün istifadə etməsi ilə onu gündəlik maliyyə əməliyyatlarında aktiv şəkildə işlətməsi tamam ayrı anlayışlardır. Lakin bu, bank hesabının mövcud olmadığı anlamına gəlmir”.

Ə. Həsənov hesab edir ki, sorğuda iştirak edənlərin bir qismi “bank hesabı” anlayışını düzgün başa düşməyib və bank kartını bank hesabından ayrı bir anlayış kimi qəbul edib: “Bir çox insanlar elə düşünə bilər ki, bank kartı bank hesabı sayılmır. Bu isə nəticələrin real vəziyyəti əks etdirməməsinə səbəb olur. Reallıqda Azərbaycanda bank hesabı olan vətəndaşların payı 56% yox, 90%-dən yuxarıdır”.

Ə.Həsənovun fikrincə, bu cür beynəlxalq hesabatlar oxunarkən yerli xüsusiyyətlər, maliyyə terminologiyasının əhali tərəfindən necə qavranılması və sorğuların izah mexanizmi mütləq nəzərə alınmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Yanvar 2026 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see375

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see196

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see172

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see170

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see166

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see160

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see154

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see147

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri