Icma.az
close
up
RU
10 15 il sonra Bakının mərkəzindəki tarixi tikililərin yerində qalacağına heç kim zəmanət verə bilməz

10 15 il sonra Bakının mərkəzindəki tarixi tikililərin yerində qalacağına heç kim zəmanət verə bilməz

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

BMT-nin son hesabatına görə, Azərbaycanda şəhər əhalisinin sayı artmaqda davam edir və 2050-ci ilə qədər şəhər əhalisi təxminən 6,7 milyon nəfərə çatacaq. “APA-Economics” xəbər verir ki, bu barədə BMT-nin hesabatında bildirilib. 2000-ci ildə 4,18 milyon nəfər olan şəhər əhalisi 2025-ci ildə 6,10 milyon nəfərə yüksələcək, 2050-ci ildə isə bu rəqəm 6,68 milyon nəfər proqnozlaşdırılır. Şəhər əhalisinin xüsusi çəkisi 2000-ci ildə 51,1% ikən, 2025-ci ildə 58,6%-ə çatacaq və 2050-ci ilə qədər ölkə əhalisinin təxminən 60%-i şəhərlərdə yaşayacaq.Bakı şəhərinin mövcud nəqliyyat sistemi bu meyarlara nə dərəcədə cavab verir və bu sahədə hansı konkret addımlar atılmalıdır?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, gələcəkdə yaranacaq yüklənmələrin qarşısını almaq üçün nəqliyyat sistemi indidən şaxələndirilməlidir: “Proqnozlar göstərir ki, əhali sayı artdıqca, iqtisadiyyat böyüdükcə, nəqliyyata olan tələbat da artır. Bu da həm ictimai, həm də fərdi nəqliyyat vasitələrinin sayının artmasına səbəb olur. Gələcəkdə yaranacaq yüklənmələrin qarşısını almaq üçün nəqliyyat sistemi indidən şaxələndirilməli və müasir tələblərə uyğunlaşdırılmalıdır. Bu məqsədlə 2025–2030-cu illəri əhatə edən Bakı və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə dövlət proqramı və “Azərbaycan 2030” prioritetləri artıq qəbul edilib. Bu istiqamətdə bizim artıq əlimizdə bir yol xəritəmiz mövcuddur. Biz bu proqramlara əsaslanaraq bütün işlərimizi görməliyik ki, həmin o çağırışlara da hazır ola bilək.

Məsələ burasındadır ki, Bakı təkcə paytaxt funksiyasını deyil, eyni zamanda inzibati, sənaye, turizm, mədəniyyət mərkəzi funksiyalarını da yerinə yetirir. Bütün iri miqyaslı tədbirlər demək olar ki, Bakıda keçirilir, şəhər eyni zamanda tələbələrin, turistlərin və müxtəlif sahələrin toplaşdığı bir məkan kimi fəaliyyət göstərir. Düşünürəm ki, bu yaxşı göstərici deyil. Bakı ya paytaxt, ya inzibati bir mərkəz, ya bir sənaye şəhəri və ya turistlik şəhəri olmalıdır. Bakı daha çox tarixi bir şəhər kimi olmalıdır. Turistlik bir şəhər olmalıdır. Bakı artıq inzibati bir mərkəz olmamalıdır. İnzibatçılıq, inzibati mərkəz, paytaxt funksiyaları başqa bir şəhərə köçürülsə daha yaxşı olar. Bu həm də Bakının özünəməxsus tarixi-mədəni kimliyinin qorunmasına şərait yarada bilər”.

Eldəniz Cəfər

Eldəniz Cəfərov vurğulayıb ki, 10-15 il sonra Bakının mərkəzindəki tarixi tikililərin qalacağını heç kim zəmanət verə bilməz: “Bakı açıq hava altında bir muzeydir və bu dəyərləri qorumaq hər birimizin borcudur. Onun tarixi şəhər statusunu yenidən bərpa etmək vacibdir. Lakin inzibatçılıqla biznesin qovuşduğu məkanlarda bu prosesi həyata keçirmək çox çətindir. Belə şəraitdə tez-tez yenilənmələr aparılır, köhnə binalar yeniləri ilə əvəzlənir və bu dəyişikliklər qarşısında heç kim bizə zəmanət verə bilməz ki, 10-15 il sonra Bakının mərkəzindəki tarixi tikililər qalacaq. Ona görə tarixi binaları qorumaq üçün şəhərin tarixi statusu bərpa olunmalı, Bakı turizm baxımından da cəlbedici, tarixi ruhunu qoruyan bir şəhər olaraq saxlanılmalıdır. Eyni zamanda paytaxtın başqa bir şəhərə köçürülməsi ilə bağlı məsələlərin də düşünülməsinin zamanı çatıb”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Dekabr 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri