10 dan çox ölkə Rusiyaya qarşı hərbi qüvvə hazırlayır
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Artıq 10-12 ölkə Ukraynada müharibə başa çatdıqdan sonra çəkindirici qüvvələrin yerləşdirilməsi çərçivəsində Ukrayna üçün hərbi kontingentin formalaşdırılmasına qoşulmağa hazır olduğunu bildirib.
Ölkə.Az xəbər verir ki, bunu Ukrayna prezidentinin aparat rəhbərinin müavini Pavlo Palisa deyib.
"Yeganə sual, bunun hansı formatda həyata keçiriləcəyidir. Ona görə də hazırda müzakirələr gedir", - o qeyd edib.
Palisa vurğulayıb ki, Fransa və Böyük Britaniya Ukraynaya hərbi kontingent göndərilməsinə və bu prosesə liderlik etməyə hazır olduqlarını bildiriblər. Bundan əlavə Baltikyanı və Şimali Avropa ölkələri də prinsipcə Ukraynaya hərbi qüvvə göndərməyə hazırdırlar.
Palisa xatırladıb ki, Ukraynada “istəklilərin koalisiyası” çərçivəsində Baş Qərargahların hərbi nümayəndələrinin görüşü baş tutacaq və burada bu məsələnin detalları müzakirə olunacaq. “İndi ən vacib məsələ siyasi iradənin və hərbi potensialın olmasıdır", - o deyib.
Mürtəza
Ölkə.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 04 Aprel 2025 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















