Rusiyaya qarşı yeni hərbi blok: 10 ölkə birləşdi
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Böyük Britaniya və Avropanın daha doqquz ölkəsi qitənin şimalında birgə hərbi-dəniz qüvvələrinin yaradılması barədə razılığa gəlib.
Turkustan.az xəbər verir ki, yeni birliyə Böyük Britaniya ilə yanaşı Danimarka, Finlandiya, İslandiya, Norveç, İsveç, Baltikyanı ölkələr və Niderland daxil olacaq. Bu qüvvələrin NATO strukturlarını tamamlayacağı, əsasən birgə hazırlıq və əməliyyatların koordinasiyası üçün istifadə ediləcəyi bildirilir.
Britaniya Hərbi Dəniz Qüvvələrinin rəhbəri Qvin Cenkinsin sözlərinə görə, yeni format mümkün hərbi ssenarilərə hazır olmağı təmin etməlidir. O qeyd edib ki, məqsəd ümumi planların hazırlanması və qüvvələrin tam inteqrasiyasına nail olmaqdır.
Məlumata görə, söhbət əslində artıq mövcud olan və Böyük Britaniyanın rəhbərlik etdiyi Birləşmiş Ekspedisiya Qüvvələrinin (JEF) genişləndirilməsindən gedir. Şimali Avropanın 10 ölkəsini birləşdirən bu struktur böhranlara operativ reaksiya vermək üçün yaradılıb və həm müstəqil, həm də NATO ilə koordinasiyalı fəaliyyət göstərə bilir.
Yeni dəniz qüvvələrinin idarə olunması zərurət yaranacağı halda Britaniyanın Nortvud şəhərində yerləşən hərbi qərargahdan həyata keçirilə bilər.
Qeyd olunur ki, bu addım son illərdə Arktika və Şimali Atlantik regionlarına artan maraq fonunda atılır. NATO ölkələri bu istiqamətdə hərbi mövcudluğunu gücləndirir, dəniz marşrutları və infrastruktur üzərində nəzarəti artırır.
Eyni zamanda, Britaniya tərəfi Rusiyanın dəniz məkanında aktivliyinin də artdığını vurğulayır. Bildirilir ki, son iki ildə bu tip insidentlərin sayı təxminən üçdə bir artıb.
ABŞ yeni formata daxil edilməyib, lakin Kanadanın mümkün iştirakı məsələsi müzakirə olunur./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 30 Aprel 2026 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















