10 gündə 150 görüş Türk diplomatiyası atəşkəsə necə təsir edib?
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin həm region ölkələri, həm də Qərblə eyni vaxtda əlaqə qurma bacarığı ABŞ və İran arasında atəşkəsin elan edilməsinə aparan prosesdə həlledici rol oynayıb.
"Türkiye Gazetesi"ndə yer alan xəbərə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi və xarici işlər naziri Hakan Fidanın intensiv səyləri atəşkəsə mühüm töhvələr verib.
Əldə edilən məlumata görə, Ankara müharibənin əvvəlində qarşısına iki məqsəd qoymuşdu - birincisi, "regional münaqişənin qarşısını almaq", ikincisi, "müharibənin psixoloji təsirlərini ABŞ-yə ötürmək".
Bu kontekstdə nazir Fidan son 10 gündə 150-dən çox telefon danışığı keçirib.
Atəşkəs elan edilən gecə Ankara-Vaşinqton-Tehran-İslamabad-Doha xəttində saat 02:00-a qədər fasiləsiz əlaqə saxlanılıb. Bütün addımlar Ərdoğanın təlimatlarına uyğun olaraq həyata keçirilib.
Pakistanın Baş Qərargah rəisi, prosesin əsas fiqurlarından biri olan Asim Munirin təkbətək görüş keçirdiyi yeganə ölkə Türkiyə olub. Atəşkəs mətninin çərçivəsi Fidanın martın sonu - aprelin əvvəlində İslamabadda keçirdiyi təmasları zamanı müəyyən edilib. Son həftə ərzində Pakistanın xarici işlər naziri və Baş Qərargah rəisi ilə təxminən 50 görüş keçirilib.
Ankaranın prosesə verdiyi mühüm töhfələr isə aşağıdakı kimi sıralanıb:
- Körfəz ölkələrinin İrana qarşı qisas almaq meyli dayandırıldı;
- Kürd qruplarının münaqişədə iştirakının qarşısı alındı;
- Tərəflərə lazımi mesajlar vaxtında çatdırıldı;
- Masanın dağılmasının qarşısını almaq üçün İranın 10 bəndlik təklifi diplomatik kanallarda qeyri-müəyyən saxlanıldı.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 10 Aprel 2026 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















