Icma.az
close
up
RU
10 ildir dünyaya SƏS salan İnformasiya Agentliyi

10 ildir dünyaya SƏS salan İnformasiya Agentliyi

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Səs İnformasiya Agentliyinin (SİA) 17 yaşı tamam olur. Azərbaycanın müstəqil, özəl və beynəlxalq arenada tanınmış informasiya agentliklərindən biri - "Səs" Media Qrupuna daxil olan Səs İnformasiya Agentliyi 2008-ci il sentyabrın 19-da təsis edilib. Fasiləsiz olaraq Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən SİA-nın ölkəmizin bütün bölgələrində, eyni zamanda Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və Şərqi Avropa ölkələri, Qazaxıstan və Orta Asiya ölkələrindəki büroları vasitəsilə onlayn xəbər xidməti göstərir və ictimai-siyasi, iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. barədə dəqiq və operativ informasiya yayır.

Agentlik abunəçilərinə gündəlik xəbərlərlə yanaşı, videogörüntülər, həftəlik və aylıq təhlillər, statistika, proqnozlar, xüsusi fotosessiyalar təqdim edir. Regionun etimad qazanmış media şirkətləri sırasında olan SİA-nın tanınmış politoloq və mütəxəssislərdən ibarət ekspertlər qrupu təhlillər hazırlayır, monitorinqlər keçirir. SİA foto və yazılı informasiyalarla yanaşı, ölkənin sosial, siyasi, iqtisadi, idman həyatından videoxəbərlər hazırlayır, onları internet resursunda və sosial şəbəkələrdə yayır. Agentliyin multimedia və videoxəbər xidməti SƏS TV müxtəlif layihələr hazırlayır.

Agentlik xarici ölkələrin xəbər resursları ilə əməkdaşlıq edir, informasiya mübadilələri aparır. Müxtəlif tədbirlərin təşkilatçısı və informasiya dəstəkçisi rolunda çıxış edən SİA Azərbaycan mediasının yeni qolu sayılan internet medianın inkişafında xüsusi rol oynayır.

Ad gününüz mübarək "Səs"çilər, SİA-çılar!!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 İyul 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri