Icma.az
close
up
RU
Report İnformasiya Agentliyi 11 yaşında!

Report İnformasiya Agentliyi 11 yaşında!

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Bu gün "Report" İnformasiya Agentliyi 11 yaşını qeyd edir.

Oxu.Az xəbər verir ki, Azərbaycanın media sferasında mühüm rol oynayan "Report" İnformasiya Agentliyi (İA) son 11 il ərzində ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq geniş oxucu auditoriyasının rəğbətini qazanıb.

2014-cü ildə fəaliyyətə başlayan və hazırda "Global Media Group" şirkətinin tərkibinə daxil olan "Report" İA qısa müddətdə böyük uğurlara imza atıb. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən agentlik siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdə ölkə və dünya gündəmini operativ şəkildə işıqlandırır.

Yarandığı gündən agentliyin qarşıya qoyduğu məqsəd ölkədə və dünyada baş verən ən vacib hadisələri oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, videoreportajlar vasitəsilə işıqlandırmaqdan ibarət olub.

"Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev bildirib ki, artıq agentliyə nəinki yerli media, eləcə də xarici mediada da istinadlar edilir:

"Son beş ildə "Report" İnformasiya Agentliyinin "Global Media Group" şirkətinin tərkibinə daxil olması geniş imkanlar yaratdı. Əvvəllər də ciddi xəbər istehsalçısı kimi Azərbaycan informasiya bazarında öz yerini tutan "Report" İnformasiya Agentliyi holdinqin daxilində yaradılan imkanlar ilə ölkə hüdudlarından kənara çıxa bilib. "Report"a artıq xarici mediada istinadlar kifayət qədər artıb. Ermənistan, Rusiya, Gürcüstan, Mərkəzi Asiya, Avropa dövlətlərinin mediasında istinadlarımız var. Hətta Pakistan, Yaxın Şərq, Fars körfəzi dövlətlərinin medialarında da bizə istinadlar edilir. Bu, onu göstərir ki, biz düz yoldayıq. Əsas məqsədimiz xarici bazara çıxıb, Azərbaycan haqqında məlumatları çatdırmaqdır".

Həmkarlarımızı yubileyləri münasibətilə təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq!

"Report" İnformasiya Agentliyi 11 yaşında!

Aygün Mirakif

Video: Əqdəm Qasımov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Oktyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri